Akademik Musiqili Teatrın quruluşçu rejissoru mükafatlandırıldı

150

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ər-Toğrul Kamalov İkinci Qarabağ müharibəsi zamanı informasiya sahəsində apardığı mübarizəyə və arxa cəbhədəki aktiv fəaliyyətinə görə “Voice of Karabakh” (“Qarabağın səsi”) sosial platformasının təsisçiləri tərəfindən “Təşəkkürnamə” ilə  mükafatlandırılıb.

Bu barədə “Qarabağın səsi” layihəsinin təsisçilərindən olan Aqşin Hüseynli Hurriyyet.org-a  məlumat verərək onu “Ən gənc fəal” adlandırıb.

Ər-Toğrul Kamalov da ona göstərilən diqqət üçün layihə rəhbərliyinə minnətdarlığını bildirib və “Vətənim Azərbaycana xidmət edirəm!” şüarını paylaşıb.