Ailəsi ilə mübahisə edən kişi özünü öldürdü – BAKIDA İNTİHAR

    57

    Bakının Xətai rayonunda intihar faktı qeydə alınıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Neapol küçəsi 19 ünvanında baş verib.

    Məlumata görə, 1968-ci il təvəllüdlü Cabbarov Natiq Ağamirzə oğlu evdə ailə üzvləri ilə mübahisə edib. Daha sonra o, yaşadığı binanın 5-ci mərtəbəsində eyvana çıxaraq özünü yerə atıb. Ağır xəsarətlər alan N.Cabbarov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.