“Ailələrin dağılmasına “Facebook” səbəb olur” – HADI RƏCƏBLİ

    3

    “Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt “Facebook”, sms-lər və sair səbəb olur”.

    Hurriyyet.org xəbər verir ki, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

    O bunu acınacaqlı hal adlandırıb.

    Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq da azalıb: “Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”.

    H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: “Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”./apa/