Ailəsində koronaviruslu xəstə olan şəxslər qəbul imtahanlarına buraxılmayacaq

24

“Hər abituriyent imtahana gələrkən koronavirusla əlaqəli bəyənnamə imzalayıb gətirəcək. Onlar bu bəyannamələri imtahana daxil olanda əməkdaşlara verməlidirlər”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O qeyd edib ki, şagird və valideynlər ailələrində koronavirus xəstəsinin olmadığı, imtahandan əvvəlki 15 gündə bu cür xəstələrlə təmasda olmadıqlarını açıq formada bəyan etməlidirlər: “Xəstəliyi olan şəxslər qəbul imtahanına buraxılmayacaq. Buraxılış imtahanında iştirak edə bilməyənlər isə sentyabrda yenidən keçiriləcək imtahanlarda iştirak edə bilərlər”.