Aİ Türkiyəyə qarşı sanksiyaları TƏSDİQLƏDİ

    9

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqının Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti ilə bağlı sanksiyaları təsdiqlədiyi bildirilib.

    Aİ ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Brüsseldə keçirilən Xarici Əlaqələr Şurasının iclası çərçivəsində yekun bəyannamə yayılıb. Bəyannamədə Türkiyənin Şərqi Aralıq dənizindəki kdrokarbon fəaliyyətinin qanunsuz olduğu iddia edilir və Aİ-nin bu vəziyyətlə bağlı qərarlar qəbul elədiyi bildirilir.

    Bəyanatda Avropa İnvestisiya Bankının Türkiyədəki kredit fəaliyyətinin nəzərdən keçirilməsinin, Türkiyə ilə Aİ arasında davam edən müzakirələrin təxirə salınmasının və Ortaqlıq Şurası ilə yüksək səviyyəli dialoq iclaslarının müəyyən müddətə dayandırılmasının qərara alındığı qeyd edilib.

    Bəyanatda Türkiyənin hidrokarbon kəşfiyyat işlərinə davam edəcəyi təqdirdə Aİ-nin başqa variantlar arasında seçim edəcəyinə də işarə vurulub.

    Aİ Türkiyəyə Avropa İtifaqına daxil olmadan əvvəlki maliyyə yardımı (IPA) çərçivəsində 2014-2020-ci illər dövründə Türkiyə verməyi öhdəsinə götürdüyü 4,45 milyard avro məbləği azaltmağı planlaşdırır.

    Aİ-nin maliyyə təşkilatı olan və sanksiyaları maliyyələşdirən Avropa İnvestisiya Bankının isə 2018-ci ildə Türkiyəyə verdiyi ümumi kredit miqdarı 386 avro olub.

    Türkiyə ilə Aİ arasında müzakirə edilən aviasiya müqaviləsində də Aİ-nin müqaviləyə Türkiyənin tanımadığı Cənubi Kipr rəhbərliyini daxil eləməyə çalışması nəticəsində irləliləyiş baş vermir.

    Hurriyyet.org