Aİ-nin Belarus məmurlarına qarşı sanksiyası qüvvəyə minib

60

Avropa İttifaqının (Aİ) Belarusun 40 məmurunun adını daxil etdiyi sanksiya siyahısı rəsmən qüvvəyə minib.

TASS xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ sammitinin yekun mətbuat konfransında bildirib.

“Bu gün 40 nəfərin adının olduğu “qara siyahı”nı qüvvəyə mindirdik”, – o deyib.

Maraqlıdır ki, sanksiya siyahısına adı düşənlər arasında Belarus prezidenti Aleksandr Lukaşenko yoxdur. Ş.Mişel bu məsələ ilə açıqlamasında Aİ-nin rəsmi Minsk ilə dialoqa davam etmək niyyətində olduğunu vurğulayıb.