Aİ Dağlıq Qarabağda yaşayanlara 3 milyon avro yardım ayırdı

6

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Dağlıq Qarabağda yaşayan əhaliyə 3 milyon avro miqdarında yardım ayırıb.

Avropa Komissiyasının bu gün verdiyi açıqlamada deyilir: “Avropa İttifaqı münaqişə nəticəsində Dağlıq Qarabağda və onun ətrafında yaşayan, daha çox zərər çəkən vətəndaşlara yaşayış üçün vacib yardımın təmin edilməsi üçün əlavə olaraq 3 milyon dollar məbləğində fövqəladə yardım ayırıb. Bu vəsait, hərbi əməliyyatların başlanmasından sonra, oktyabr ayının əvvəllərinə ayrılmış 900 min avroya əlavə edilir”.