Ağsuda 1400 tonadək kartof yığılıb

13

 

Ağsu rayonunda kartof yığımı davam edir və indiyədək sahələrdən 1399 ton məhsul götürülüb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 172,3 hektar sahədə kartof əkilib.

Əkin sahələri ötənilkindən 6 hektar çox olub. Rayonun aran və dağətəyi ərazilərində, o cümlədən Qaraqoyunlu, Növcü, Padar, Ərəbuşağı, Kəndoba və bir sıra digər ərazi dairələrində torpaq mülkiyyətçiləri kartof yığımını başa çatdırıblar. Hazırda şimal dağlıq ərazilərdə yığım davam edir.

Yığılan məhsulun bir qismi birbaşa yerli bazarlara çıxarılır. Bunun nəticəsidir ki, bazarda kartofun pərakəndə satış qiyməti 40 faizədək aşağı düşüb.

Ötən il 1378 ton kartof istehsal edilmiş rayonda cari ildə bu göstəricinin 1500 tona yaxın olacağı gözlənilir.