Ağstafada “Mercedes” dərəyə aşdı – ÖLƏN VAR

    18

    İyunun 28-də saat 19 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində şəhər sakini V.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb.

    Hurriyyet.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə onun sərnişinlərindən Tatlı kənd sakini Fərhad Əliyev və Biləsuvar rayon sakini Cəsur Ağayev hadisə yerində ölüb. Sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

    Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.