Ağstafada “KamAZ”ın təkəri partladı – Ustanın gözü amputasiya edildi

    6

    Ağstafa rayonunda bədbəxt hadisə baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Böyük Kəsik kəndində usta işləyən 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu "KamAZ"-ı təmir edərkən, yük maşınının təkəri partlayıb.

    Nəticədə ağır bədən xəsarətləri alan İ.Mehdiyev Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun sol əlinin ikinci və üçüncü barmaqları, habelə sağ gözü amputasiya edilib.

    Kəllə-beyin travması alan İ.Mehdiyevin vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.