Ağrıdan qıvrıldı, 9 xəstəni əməliyyat etdi – Kor bağırsaq ağrısına dözən cərrah

    21

    Hurriyyet.org xəbər verir ki, Medicina.az Shanghaiss saytına istinadən verdiyi məlumata görə, Liang Fuçyun adlı cərrah səhər qarnında dəhşətli ağrılar ilə oyanır. Buna baxmayaraq, klinikaya gedərək əməliyyatlara başlayır. O, dostu həkim Şi-dən də xahiş edir ki, əməliyyatlarda iştirak etsin, birdən nəsə olsa, o davam etsin.

    3-cü əməliyyat zamanı həkimin ağrıları o qədər artır ki, o əməliyyat gedə-gedə özünə iynələr vurdurur. 5-ci əməliyyatda həkim ağrıdan qışqıraraq, yerə oturur, yenə ağrıkəsici dozasını artıraraq davam edir.

    Gün ərzində o 9 əməliyyat icra edir. Sonuncu əməliyyatda cərrahın xalatı tər-suyun içində idi. Həkimi USM edərək, kəskin appendisit diaqnozu qoyulur və təcili əməliyyata alınır. Qarın boşluğunu açanda appendiksin artıq irinlədiyini görürlər.

    Cərrah özü bu qərarını belə izah edir: " Dünən işıqlar söndüyünə görə bir neçə əməliyyat da sabaha qalmışdı. Xəstələr məni gözləyirdi. Onlara təcili əməliyyat lazım idi. Mən isə dözərdim”.