Ağlını itirmiş Paşinyan  indi də ABŞ-ı ittiham elədi

123

Hurriyyet.org xəbər verir ki, Dağlıq Qarabağda böyük məğlubiyyətə uğrayan Ermənistan çıxış yolu axtarmaqdadır. Rusiya qapısını Ermənistanın üzünə bağladıqdan sonra Baş nazir Nikol Paşinyan ABŞ-a qarşı əcaib bir iddia irəli sürüb.

Rusiya Prezidenti Vladimir Putin danışıq tələbini rədd elədikdən sonra çarəsiz vəziyyətdə qalan Ermənistanın Baş naziri Nikol Paşinyan bu səfər ABŞ-a qəribə bir etiraz edib. Danışıq qabiliyyətini tamamilə itirən Paşinyan ABŞ Prezidenti Donald Trampın təhlükəsizli üzrə müşaviri O`Brayana üz tutaraq deyib: “ABŞ, F-16-ları Türkiyəyə dinc əhalini və dinc kəndləri bombalaması üçünmü verdi?”

Bəlli olduğu kimi, Ermənistan Azərbaycan ilə Türkiyəni tamamilə əsassız şəkildə F-16 qırıcılarından istifadə eləməkdə ittiham edir.