14 yaşlı məktəblinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA -YENİLƏNİB

    15

    Saatlı Rayon Təhsil Şöbəsi Sarıcala kəndində 14 yaşlı məktəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.

    Rayon Təhsil Şöbəsindən Lent.az-ın sorğusuna verilən cavaba görə, Saatlı rayonu, Sarıcala kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib. İlkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun  həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

    ***

    Saatlıda məktəbdə ölüm hadisəsi baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb.

    Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib.

    Faktla bağlı araşdırma aprılır.