Ağır qəza: 2 nəfər ölü, 6 yaralı var

    9

    Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.

    Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.

    Faktla bağlı araşdırma aparılır.