Ev Hadisə Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: 1 tondan artıq çətənə bitkisi məhv edildi

Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: 1 tondan artıq çətənə bitkisi məhv edildi

63

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Ağdaşda 1 tondan artıq çətənə yandırıldı