Ağdaşa 9,6 milyon manat ayrıldı

    15

    Prezident İlham Əliyev Ağdaş rayonunun Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Hurriyyet.org-un xəbərinə görə, sərəncamda qeyd edilir ki, on üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,6 milyon (doqquz milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

    Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.