Ağdamın 6 kəndində məskunlaşan ermənilərə sabaha qədər VAXT VERİLDİ

201

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr razılaşmasına əsasən, noyabrın 20-dək Ermənistan ordusu Ağdam rayonunu tərk etməlidir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1993-cü ildə rayon ərazisi işğal olunduqdan sonra Ağdamın 6 kəndində erməni sakinlər qanunsuz məskunlaşmışdı.

Rəsmi Yerevan həmin kəndlərdə yaşayan ermənilərdən noyabrın 19-u gecə saat 23:00-a qədər bu yaşayış məntəqələrindən çıxmağı tələb edib.

Kəndlərin erməni sakinləri Ağdamı tərk etməyə hazırlaşır. Xankəndindəki separatçıların nümayəndələri həmin kəndlərdən çıxacaq erməniləri Ağdərədə yerləşdirəcəklərini bəyan ediblər.