Ağdamda yeniyetmə əkin sahəsindən tarixi əşyalar tapıb – FOTO

69

Ağdam rayonunda əkin sahəsindən maddi-mədəniyyət nümunələri tapılıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Ergi qəsəbəsinin sakini, 2006-cı il təvəllüdlü İlqar İsmayılov təsərrüfat sahəsində əkin işləri apararkən aşkarlayıb.

Belə ki, ərazidə qədim əşyalar, xüsusilə də küp qırıqları tapılıb. Ancaq onların hansı dövrə aid olması barədə heç bir məlumat yoxdur.

Hazırda VIII sinifdə təhsil alan İlqar İsmayılov əraziyə arxeoloqların gəlməsini istəyir. Qəsəbə sakini hesab edir ki, ərazidə arxeoloji qazıntı işləri aparılsa, yaşayış məntəqəsinin tarixi barədə ətraflı məlumat öyrənmək olar.

Qeyd edək ki, İ.İsmayılov tapdığı qədim əşyaları Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil vermək istəyir.