Ağcabədidə avtomobil ağaca çırpıldı – Sürücü öldü

72

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Hurriyyet.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyunun 26-ı saat 20 radələrində Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində kənd sakini Nurlan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca vurub. Sürücü hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.