Ağ Ev Türkiyənin F-35 proqramından çıxarmaq qərarını TƏSDİQLƏDİ

    12

    Hurriyyet.org xəbər verir ki, Ağ Ev Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini satın alan Türkiyənin F-35 proqramından çıxarılması qərarını təsdiqləyib. Ağ Evin mətbuat katibi Stefani Qrişhem deyib: “Təəssüf ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini alması F-35 proqramının davam etdirilməsini əngəlləməkdədir. ABŞ istehsalı olan F-35 Rusiyanın kəşfiyyat toplamaq platforması ilə bir yerdə ola bilməz”.

    Qrişhem Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemlərini almaq qərarında israr eləməklə NATO-ya qarşı çıxdığını bildirib. Qrişhem deyib: “Bu vəziyyət dağıdıcı nəticələrə gətirib çıxara bilər”.

    Hurriyyet.org