Ağ Evin ətrafında atışma! Yaralılar var

93

 

Hurriyyet.org xəbər verir ki, Ağ Evin yaxınlığında baş vermiş atışma nəticəsində iki nəfər zərər çəkib. Bu barədə açıqlama ABŞ Məxfi Xidmətinin “Tvitter”dəki hesabında verilib. Açıqlamada deyilir: “Şübhəli şəxs olan bir nəfər kişi və Məxfi Xidmətin zabiti yerli xəstəxanaya çatdırılıblar. İnsident zamanı Ağ Evin binasına zərər dəyməyib və müdafiə olunan şəxslər təhlükə ilə üzləşməyiblər”.

Hadisə zamanı mühafizəçilər prezident Donald Trampı mətbuat konfransı keçirilən otaqdan aparıblar. Bir neçə dəqiqə sonra konfransın keçirildiyi zala qayıdan Tramp atışma barəsində məlumat verib və özünü Məxfi Xidmətin mühafizəsi altında çox gözəl hiss elədiyini bildirib.