Ağ düyünün bu ağır xəstəliklə yaxın əlaqəsi var – ŞOK ARAŞDIRMA

81

Ağ düyünün diabet xəstəliyi ilə əlaqəsi aşkarlanıb.

“Diabetes Care” dərgisində dərc edilən məqalədə bu barədə bildirilir.

Məqalə Argentina, Braziliya, Kanada, Çili, Banqladeş, Çin, Kolumbiya, Hindistan, İran, Malayziya, Pakistan, Fələstin, Filippin, Polşa, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, İsveç, Tanzaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Zimbabvedə aparılan araşdırmadan bəhs edir. 35-70 yaş aralığında 132 min 373 nəfərin qatıldığı proses 10 il davam edib. Bu çərçivədə könüllülərə hər gün ortalama 128 qram ağ düyü verilib. Əldə olunan nəticələrə əsasən, iştirakçıların 6 min 129 nəfərində diabet xəstəliyi əmələ gəlib.

Ən çox ağ düyü istifadəsi gündə 630 qram ilə Cənubi Asiya ölkələridir. Bu bölgələri 239 qram ilə Cənub-Şərqi Asiya ölkələri və Çin izləyir.

Məsələ ilə bağlı fikirlərini bildirən qida mütəxəssisi Priya Katpal deyib ki, hər ağ düyü istifadəçisi olan ailənin diabet xəstəliyinə tutulan bir üzvünün olduğunu demək mümkün deyil. Bu, daha çox nə qədər düyü yeyilməsi, düyünün yanında nə yeyilməsi və hansı aralıqlarda istifadəsindən asılıdır.\\Publika