Afina həddini aşdı: Aralıq dənizində atışma – 1 Türk gəmisi batdı

306

 

Türkiyənin Muğla vilayətinin Aralıq dənizi sahillərində bir mülki gəmi yunan hərbi donanması tərəfindən atəşə tutulub.

Ovqat.com-un Türkiyə Sahil Mühafizəsi Komandanlığına istinadən verdiyi məlumata görə, Rodos adası yaxınlığında baş verən hücum nəticəsində mülki gəmi batıb.

Atışma nəticəsində suya qərq 3 nəfər xilas edilib. 2-si türk, biri suriyalı olan həmin şəxsləri yaralandığı, birinin vəziyyətinin ağır olduğu xəbər verilir.

Hadisədən sonra yunan hərbi gəmisi atışma sahəsini tərk edib.