AFFA-nın milliləşdirmək istədiyi futbolçu klubu ilə müqaviləni ləğv edib

51

Rumıniyanın “Universitatya” klubu 2019/2020 mövsümündə icarə əsasında “Keşlə”də çıxış etmiş Sezar Meza Kolli ilə yollarını ayırıb. 

“Report” “Prosport.ro” saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Sezar Meza Kollinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. AFFA paraqvaylı oyunçunu milliləşdirmək istəyir. Yarımmüdafiəçinin yenidən “Keşlə” ilə müqavilə imzalayacağı gözlənir. Sezar Meza Kolli “Keşlə”də 2013 – 2016 və 2018-ci ildə də çıxış edib. O, eyni zamanda 2016/2017 mövsümündə “Zirə”nin formasını geyinib.

musavat.com