AFFA millinin baş məşqçisini yola salır

111

Avropa çempionatının seçmə mərhələsində İsveçrəyə qarşı matç (1:2) Milan Obradoviçin Azərbaycan U-21 millisinin baş məşqçisi kimi son oyunu olub.

Sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA serbiyalı mütəxəssislə yolları ayırmağı məqsədəuyğun hesab edib. Sözləşməsi bu ilin sonuna qədər olan 43 yaşlı çalışdırıcı ilə bağlı qərar verilməsi üçün tsiklin yekunlaşması gözlənilirdi. Yığmanın qrupda 6 xal toplayıb, 6 komanda arasında 5-ci olması qənaətbəxş sayılmayıb. Bu üzdən Obradoviçlə müqavilənin yenilənməməsi qərara alınıb.

Serbiyalı mütəxəssis 2019-cu ilin yanvarından U-21 millisini çalışdırırdı. Yığma onun rəhbərliyi altında 1 yoxlama görüşü olmaqla 11 matç keçirib ki, bunların da 2-də qələbə qazanıb, 1-də heç heçə edib, 8 görüşü isə məğlubiyyətlə başa vurub.