AFFA-dan ayrılan mütəxəssis Qanada işləyəcək

78

AFFA-nın sabiq texniki direktoru Bernhard Lippertin yeni iş yeri müəyyənləşib. Qol.az “Ghanasoccernet” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəsis Qana Futbol Assosiasiyasında eyni vəzifədə çalışacaq. Bu vəzifə üçün 100-dən çox məşqçinin müraciət etdiyi bildirilib.

Qeyd edək ki, Bernhard Lippert 2008-ci ildən bu ilin iyulunadək Azərbaycanda çalışıb. Lippert bu müddət ərzində U-21 və U-19 yığma komandalarında baş məşqçi kimi də çalışıb.