AFFA çempionu və avrokuboklara gedəcək komandaları açıqladı – RƏSMİ

99

AFFA İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı qərar qəbul edib.

Çempionatın vaxtından əvvəl başa çatdırılmasına qərar verilib.

Ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin klubların haızrlığına və oyunlarına keçirilməsinə çətinlik yaratması və son vaxtlar yoluxma sayının çox olması federasiyasının bu cür addım atmasına səbəb olub.

20 turdan sonra 45 xalla zirvədə yer alan “Qarabağ” çempion elan olunub. Ağdam klubu 2020/2021 mövsümündə Azərbaycanı çempionlar liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.

“Qarabağ” ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib. “Sumqayıt” isə tarixdə ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, İK daha əvvəl Premyer Liqanın iyunun 21-də bərpa olunacağını açıqlamışdı./report/