ADR Hərəkatı polis zorakılığının araşdırılmasını və qanunu pozanların CƏZALANDIRILMASINI TƏLƏB EDİR

48

Qubad İbadoğlu: “Ötən şənbə və bazar günləri tətbiq olunan sərt karantin rejimi vətəndaşlara qarşı polis zorakılıqları ilə müşaiyət olunub”

“Ölkə vətəndaşlarına qarşı davamlı şəkildə baş verən polis zorakılıqları getdikcə artmaqdadır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

İcra başçıları bizneslə məşğul olmamalıdır” - QUBAD İBADOĞLU - Hürriyyət

ADR Hərəkatının sədri qeyd edib ki, ötən şənbə və bazar günləri paytaxt Bakı ilə bərabər Sumqayıt, Gəncə, Lənkaran şəhərləri, eyni zamanda Abşeron rayonunda tətbiq olunan sərt karantin rejiminin tətbiqi vətəndaşlara qarşı polis zorakılıqları ilə müşaiyət olunub: “Sosial şəbəkələrdə çoxlu sayda polis zorakılıqlarını sübut edən video görüntülər və statuslar paylaşılıb. İyulun 7-də Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində yerləşən çoxmərtəbəli bina sakilərinin polislər tərəfindən bir nəfərin zorla maşına mindirilib aparılmasına etiraz əlaməti olaraq zibil torbalarının həyətə atması, dünən səhər tezdən həmin məhəlləyə “Çevik Polis Alayı”nın yeridilməsilə nəticələnib. Çoxlu sayda polislər bina sakinlərinin mənzillərinə daxil olaraq sakinlərin bəzilərini yarıçılpaq vəziyyətdə ailə üzvlərinin qarşısında zorakılıqla nümayiş etdirməklə məhkəməyə aparıblar”. Qubad İbadoğlu bildirib ki, məhz bu səbəbdən də Azərbaycan Demokratiya və Rifah Hərəkatı baş verən polis zorakılıqlarını qətiyyətlə pisləyərək ciddi narahatlığını ifadə edir, aidiyyatı orqanları dərhal polisin nümayiş etdirdikləri qanunsuz və rüsvayçı hərəkətləti ilə əlaqədar araşdırma aparılmasına çağırır: “ADR Hərəkatı həmçinin, həmin orqanlardan xüsusi təhlükə yaratmayan dinc sakinlərin üzərinə “Çevik Polis Alayı” yeridillməsinə göstəriş verənlərlə bərabər, onlara qarşı qeyri-adekvat güc, zorakılıq tətbiq edən, saxlanılanları ailə üzvlərinin qarşısında təhqir edib, alçaldan və onların mənzil hüququnu pozan polislərin cəzalandırılmasını tələb edir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org