ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

    15

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib və məzarı önünə əklil qoyub. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra isə universitetdə Musiqi,təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş konsert proqramı keçirilib. Tədbir iştirakçıları öncə fakültənin müəllim və tələbələrinin rəsm əsərləri ilə tanış olublar. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Konsertdə “Xalqa bağışlanan ömür” filmi nümayiş edilib, fakültənin birləşmiş xoru “Gözəl Vətən” musiqili kompozisiyasını təqdim edib. Konsertdə həmçinin Məxfirət Hüseynova, Məhərrəm Alişanov Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin iştirakı ilə musiqisi Sevil Əliyevanın, sözləri Baba Vəziroğlunun olan “Ana” mahnısını, Ənvər Məmmədhəsənov musiqisi Kamalın, sözləri Baba Vəziroğlunun olan “Sən elə bir zirvəsən” mahnısını, fakültənin birləşmiş xoru “Bu dünya” musiqili kompozisiyasını, Rauf Məmmədov Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa ediblər.

    Sonra ulu öndər Heydər Əliyevin ADPU-nun 60 illik yubileyində iştirakını əks etdirən film nümayiş olunub.

    Sonda musiqisi Nailə Mirməmmədlinin, sözləri Musiqi və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nərmin Kamilovanın olan “Ulu Öndər” mahnısı ifa edilib.

    Konsert proqramı iştirakçılarda xoş təəssürat yaradıb.

    Hurriyyet.org