ADP “Öndərlərin izi ilə” adlı səfər proqramı tərtib edib – FOTOLAR

    3

    Sərdar Cəlaloğlu başda olmaqla partiyanın bir sıra funksionerləri AXC qurucularını yad edəcək

    Azərbaycan Demokrat Partiyası (ADP) Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyi ilə əlaqədar "Öndərlərin izi ilə" adlı səfər proqramı tərtib edib.

    Hurriyyet.org xəbər verir ki, səfər çərçivəsində ADP sədri Sərdar Cəlaloğlu başda olmaqla partiyanın bir sıra funksionerləri, 28 may 1918-ci il tarixdə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan olunduğu Tiflis şəhərinə, oradan AXC hökumətinin müvəqqəti fəaliyyət göstərdiyi Gəncəyə, daha sonra isə Azərbaycan Cümhuriyyətinin ideoloji banisi, Vətən sevdalısı, azadlıq, hürriyyət aşiqi kimi yaddaşlarda qalan, "Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım" şüarının müəllifi Əli bəy Hüseynzadənin doğulduğu Salyan rayonuna baş çəkəcəklər.

    Həmçinin, onu da qeyd edək ki, ADP yetkililəri Tiflisdə qonşu Gürcüstanın siyasi partiya rəhbərləri, hökumət rəsmiləri ilə də görüşəcək.

    Valeh TÜRKSOY, Hurriyyet.org