ADP qardaş ölkəyə başsağlığı verdi

    36

    Azərbaycan Demokrat Partiyası (ADP) Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə baş sağlığı ünvanlayıb.

    Bəyanatda deyilir: “Azərbaycan Demokrat Partiyası qardaş Türkiyənin Elağız və Malatiya bölgəsində baş verən dağıdıcı zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması, yaralanması və bir çox vətəndaşın mal və mülkünə ciddi ziyan dəyməsindən sarsıldığını bildirib, ölənlərin doğmalarına, yaxınlarına, bütövlükdə qardaş Türkiyə Cümhuriyyətinə dərin hüznlə baş sağlığı ünvanlayıb.

    Azərbaycan Demokrat Partiyası acılar yaşandığı bu ağır günlərdə qardaş Türkiyənin yanında olduğunu, dərdini bölüşdüyünü, baş verən faciənin dərin üzüntüsünü yaşadığını bildirib və Azərbaycan hakimiyyətini doğma Türkiyəmizə maddi, mənəvi dəstək olmağa, zəlzələnin nəticələrinin aradan qaldığılması üçün onlara hər cür yardım göstərməyə çağırıb”.

    Hurriyyet.org