“Adını “sosial evlər” qoymuşdular, məlum oldu ki, güzəştli mənzillərdir” – EKSPERT

    6

    Mənzillərin satışı ilə bağlı çox ciddi etirazlar oldu və bunun səbəbi prosesdəki şəffaflığa şübhələrlə bağlı idi”.

    Hurriyyet.org xəbər verir ki, bunu strateq.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bildirib. O, qeyd edib ki, Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin (MİDA) bu layihəsi əvvəldən nəzərdən tutulduğu kimi alınmadı: “Əvvəl adını “sosial evlər” qoymuşdular, sonradan məlum oldu ki, güzəştli mənzillərdir. Bu, hər bir halda “sosial evlər” fəlsəfəsindən uzaq idi. Layihənin daha çox insanın iştirakı ilə həyata keçirilməsi çox vacib idi”.

    S.Əliyev satışla bağlı nəticələrin ləğv olunmasını hər bir halda təqdirəlayiq hal hesab edir: “Umid edirəm ki, növbəti dəfə belə neqativ şeylər olmayacaq”.

    Ekspert maraqlı bir məqama da diqqət çəkib: “Birinci mərhələdə müəyyən qism insanlar mənzil əldə ediblər. Şübhəsiz ki, təkrar prosesdə bu insanların bəziləri yenidən ev əldə edə bilməyəcəklər və onların hüquqları pozulacaq. Ona görə də bu həssas məsələdə bütün tərəflərin maraqları nəzərə alınmalıdır”-deyə ekspert vurğulayıb.