Adil Əliyev Həbib Müntəzirin iddialarına cavab verib:  Həbib Müntəzir, avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

177

Milli Məclisin sədr müavini, deputat Adil Əliyev araşdırmaçı jurnalist və mühacir Həbib Müntəzirin onun  oğlunun avtomobil kolleksiyasının olmasıyla bağlı yaydığı informasiyaya reaksiya verib.

Hurriyyet.org xəbər verir ki, deputat Adil Əliyev Həbib Müntəzirin yaydığı informasiyanın yalan olduğunu bildirib. O, oğluna məxsus avtomobillərin müxtəlif illərdə alındığını, lakin araşdırmaçı jurnalistin iddia etdiyi kimi avtomobil kolleksiyasının olmadığını deyib:

“Həbib Müntəzir, əvvəla avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

O ki qaldı nömrəyə, bəli nömrə mövcuddur. Ancaq, avtomobil kolleksiyası mövcud deyil. Mən çox heyfslənirəm ki, kütlə psixologiyası ilə idarə olunan, bəzi həmyerlilərimiz var. Təsəvvür eliyə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomolə vurmaq olar? Biraz ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub. Cəmi iki köhnə avtomobil .Bu qədər bəsit.. Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanlarında BMV-si var. Küçələr doludu köhnə işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun ağlınız və imkanınız varsa, sizdə alıb sürə bilərsiniz. Heç olmasa, məlumatı verən adamlardan soruşardınız. Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks-təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən. Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, məndə əliəyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı, hər hansı tenderdə, alqı-satqıda, təmir tikintidə iştirak etməmişik. Ona görə də, bu yazını sifariş verənlər, öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, sizlərin vasitəsilə həyata keçirirlər. Sizlərdə bu yalanların alətinə çevrilirsiniz.. Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq sizlərin yalan üzərində qurduğunuz oyunlar, cinayətdən başqa bir şey deyil.. Bir də burda kütlə təfəkkürü ilə yaşayanlara demək istəyirəm ki, yazdığınız şər və böhtana görə, mütləq Allah qarşısında cavab verəcəksiniz. bir tək Allah şahidimdir ki, mən çox rahatam, çünki sizdən yox, Allahdan qorxuram”.

Qeyd edək ki, araşdırmaçı jurnalist Həbib Müntəzir Milli Məclisin sədr müavini Adil Əliyevin oğlunun avtomobil kolleksiyasının olmasıyla bağlı informasiya paylaşıb.

YƏHYA