Adəmin ilk arvadı, qan və ətlə bəslənən qaranlıq ruh – İblis haqda bilmədiklərimiz

    42

    Qədim dövrlərdən bəri dünyanın fərqli mədəniyyətlərinin qaranlıq güclərlə bağlı hekayələri dildən-dilə keçərək günümüzə gəlib çatıb. Bu qaranlıq əfsanələrin və ya mifologiyaların əsas xarakterlərindən olan iblislər insanlara bəla gətirən və ya onları yoldan çıxararaq öz pis əməllərinə alət edən qorxunc varlıqlar kimi qəbul edilib.

    Fərqli mədəniyyətlərə xas olan mifoloji varlıqlar haqda məlumatları təqdim edirik.

    Asaq

    Asaq şumer mədəniyyətindən gələn bir iblisdir. İnsanları qızdırmalı xəstəliklərlə öldürür. Balıqları üzdükləri sularda diri-diri qaynada bilən Asaq qadınlarla cinsi əlaqəyə girərək öz nəslini artıra bilir. Lakin doğulan uşaqlar daşdan olur.

    Flauros

    Flauros keçmiş, bu gün və gələcəyi görmə qabiliyyətinə malik və qurbanlarını diri-diri yandıran bir qadın iblisdir. Düşmənlərini görəndə qanadsız uça bilir və saçı qırmızı rəngə boyanır.

    Furfur

    Latın dilində “alçaq” mənasını verən, Fürsifer olaraq da adlandırılan bu iblis 26-cı Legionun lideri və cəhənnəmin qrafıdır. Boğunuq bir səslə danışır, alovdan qanadları var və öküz formasında gözə görünür. Qadın və kişilərin bir-birinə aşiq olmasını təmin edə bilən Furfur böyük tufanları öz iradəsinə tabe etmək gücündədir.

    Dullahan

    Dullahan bayram mərasimlərində Günəşin batmasından sonra atla gəzən, İrlandiya mədəniyyətindən gələn sərt və qorxunc görünüşlü iblisdir. Başsız bir süvari olan Dullahan uzaq məsafələri görmək üçün başını əlinin üstündə saxlayır. Dullahan ona baxanların üstünə qan tökür.

    Asmodeus

    “Qəzəb iblisi” adlandırılan bu iblisdən “İncil”in “Book of Tobit” versiyasında bəhs olunur. Asmodeusun Saraya (İbrahim peyğəmbərin arvadı) hər evlənmək istəyəndə həyat yoldaşlarını cinsi əlaqəyə girməzdən əvvəl öldürərək işgəncə verdiyi deyilirdi.

    Leyak

    Bu qorxunc şeytan Bali mifologiyasından gəlir. Gündüz normal bir insan kimi görünür, gecələr qorxunc simalı bir varlığa çevrilir. Məzarlıqda dəfn edilmiş cəsədlər, hamilə qadınlar və uşaqların qanıyla bəslənir.

    Abaddon

    “Abaddon” bir məkan adı olsa da, iblisə layiq görülüb. O, adi bir iblis deyil, insanlara işgəncə vermək üçün istifadə etdiyi nəhəng çəyirtkə ordusunun komandanı və Dibsiz Çuxurun hökmdarıdır.

    Mefistofel

    Alman mədəniyyətindən gələn Mefistofel Lüsiferin sağ əli idi, ruhunu əbədi bilgilər və sehir üçün satmışdı. Bundan sonra Şeytanın birinci adamı kimi lənətlənmiş ruhları və ruhlarını satmaq istəyənləri ələ keçirməyə başladı.

    Lilit

    Şumer mədəniyyətinə aid olan Lilit ən qədim iblislərdən biridir. Minlərlə cin övladı olan, təhlükəli və qaranlıq ruh kimi tanınır. Xaxam əfsanələrinə görə, Lilit Adəmin ilk arvadı olub. Lakin o, Adəmlə eyni zamanda və eyni anda yaradılmasını şiddətlə rədd etmişdi.

    Krampus

    German mədəniyyətində populyar olan bu iblis Santa Klausun (Şaxta baba) əksidir. Uzun buynuzları, kəskin dişləri və uzun bir dili olan Krampus pis ruhlu uşaqlar üçün dekabrın 5-də ortaya çıxır. Zınqrovlar və zəncirlər taxaraq uşaqları oğurlayır və onları sonsuzadək ailələrindən uzaqlaşdırır.

    Ronove

    Ronove 20-ci Legionun lideri və cəhənnəmin böyük qrafıdır. Yaşlı insanların, yaşlı heyvanların və ölümə yaxın olan insanların canlarını alır.

    Buer

    Aslan başlı, beş keçi ayaqlı Buer bir təkər kimi fırlanaraq yeriyir. Cəhənnəmin başçısı və 50-ci Legionun lideridir.

    Serber

    Yunan mifologiyasından gələn Serber acgöz insanların ruhlarına işgəncə verən bir iblisdir.Üçbaşlı böyük bir köpək olmaqla yanaşı, qurbanlarını parçalayacaq qədər böyük və güclü pəncələrə sahibdir.

    Belfeqor

    Belfeqor Şeytan tərəfindən insanları aldatmaq və yoldan çıxarmaq üçün göndərilmiş bir iblisdir. Qurbanlarını cəzb etmək üçün gözəl bir qadına çevrilə bilir. Əslində böyük və kəskin dişləri, uzun buynuzları və rezin kimi dərisi olan çirkin bir varlıqdır.

    Avronimus

    Yunan mifologiyasında adından bəhs olunan Avronimus Xristian kilsəsi tərəfindən şeytanlaşdırılıb. Cəsəd yediyi deyilən bu varlıq “Adamyeyən iblis” və “Ölüm şahzadəsi” adlarını alıb.

    Malfas

    Cəhənnəmin böyük başçısı və 40-cı Legionun lideri olan Malfas bir quzğun və ya bir insan kimi görünə bilir. Düşmənlərinin yaşadığı məkanları dağıda bilən Malfasın onların arzuları və düşüncələrini də yox edə bildiyi deyilir.

    Adramelex

    İbrani və babil mifologiyalarında yer alan Adramelex adının mənası “Alov kralı” olmasına baxmayaraq, Günəşin tanrısı sayılr. Bir qatır başı, insan vücudu və böyük tovuz quşu tüklərinə malikdir. Adramelexə inananlar onun üçün uşaqlarını qurban verirdilər.

    Velzevul

    Velzevul “İncil”də “İblislərin şahzadəsi” adlandırılır. Habelə “Milçəklərin hökmdarı” kimi də qəbul edilir, çünki çox vaxt bir milçək kimi görünür. Eyni zamanda, cəhənnəmin ali rəhbəri olaraq qəbul olunur. Güc və günah anlayışları arasındakı şeytandır.

    Leonard

    Üç buynuzu, keçi üzü və qanadları olan bu iblis Quru adam adıyla tanınır. Eyni zamanda, “İblislərin Gecə Qurbanlarının Böyük Ustası” kimi də bilinir və bir çox simaya bürünmək gücündədir.

    Lüsifer

    Adının mənası “İşıq gətirən” olan Lüsifer ən populyar və ən qorxunc iblisdir. Lüsifer “İncil”də Tanrıya üsyan edən və cənnətdən qovulmuş ən ali mələklərdən biri kimi təsvir olunur. Bəzi kultlarda Lüsiferlə Şeytan eyni anlayış sayılmır. Əksinə, Lüsifer Şeytanı idarə edir. Qədim Misir və Babilistanda da, cənnətdən qovulduqdan sonra dünyaya enən Sata və Zu adlarında Lüsiferə oxşar şeytanlardan bəhs olunurdu. \\Teleqraf.com