ADB: Gələn il Azərbaycanın cari hesablar balansında profisit bərpa olunacaq

54

“Bu ilin I rübündə Azərbaycanın cari hesabın profisiti ümumi daxili məhsulun (ÜDM) 6%-nə enib və ilk altı ayın nəticələrinə görə mənfi olması gözlənilir”.

“Report” bu barədə Asiya İnkişaf Bankının (ADB) yenilənmiş “Asian Devolopment Outlook 2020” hesabatının 2020-ci il sentyabr buraxılışına istinadən xəbər verir.

Məlumata görə, zəif tələb bu ilin I yarısında idxalı 35%, aşağı neft hasilatı və qiymətləri isə ixrac gəlirlərini 23% azaldıb, turizm sektorunun 50% azalması isə xidmətlər balansında kəsir yaradıb. Bundan başqa, Rusiya və Türkiyənin iqtisadiyyatlarındakı kiçilmə bu ölkələrdən pul köçürmələrinə və əldə edilən gəlirlərə azaldıcı təsirə səbəb olub.

OPEC+ kəsintilərinin bu il ixracı daha da azaltması gözlənilir, belə ki, 2016-cı ildən bəri ilk dəfə cari hesablar balansında kəsir yaransa da, 2021-ci ildən neft qiymətləri və xarici tələbin bərpa olunması ilə müsbətə qayıdacaq.