ACI HƏQİQƏT

87

Sovet dövründən qalan mehmanxana tipli bu səliqəli bina Naxçıvana təşrif buyuran partiya və sovet işçilərinin müvəqqəti məskunlaşması üçün nəzərdə tutulmuşdu. Lakin indiki vəziyyəti o qədər də urəkaçan deyildi. Buna baxmayaraq, Muxtar Respublikanın yeni prokuroru burada gecələməyi qərara aldı. Qonaq evinin baxıcısı otaqlardan birini onun ixtiyarına verdi. Otaq temperaturu çöl temperaturundan fərqlənmirdi. Buna baxmayaraq, o, burada  gecələdi.

Qasımı yola salıb geri qayıtdı. İkinci çarpayının üstünə sərilmiş yun adyalı götürüb yatacağı çarpayının üstünə saldı. İşığı söndürdü və soyunub yerinə uzandı. Soyuq bir anda iliyinə işlədi. Lakin fərqinə varmadan yuxulamağa ça- lışdı. Heç iki saat keçməmişdi ki, açılan atəş səsinə yuxudan oyandı. Onda belə bir təsəvvür yarandı ki, cəbhə bölgəsin- dədir. Avtomat silahlardan arası kəsilmədən atəş açılırdı. Sübh  açılana qədər atəş səsləri səngimədi. Qonağın da gözünə yuxu getmədi.

Qasımın sözləri hələ də qulağında səslənirdi. Hələ əmin-amanlıq dövründə hüquq-mühafizə orqanı əməkdaşları Naxçıvana gəlməkdən həmişə boyun qaçırırdılar. Gələnlər tez canını götürüb qaçmağa çalışırdılar. Çox nadir hallarda Azərbaycanın bu bölgəsində işləyib partiya cəzası almadan çıxıb getmək kiməsə nəsib olmuşdu.

Səhər tezdən o, artıq prokurorluqda idi. Hələ işə gələn yox idi. Gözətçi ilə salamlaşıb ikinci mərtəbəyə qalxdı. Kabinetinin qapısı açıq idi. İçəri daxil oldu. Deyəsən, kabinetdə havanın hərarəti yüksəlmişdi. Sobadan qalxan alovun istisi tədricən soyuq divarları qızdırmağa başlamışdı.

İş masasının arxasına keçib daxili işlər naziri Ramil Usubova hökumət telefonu ilə zəng etdi. O, dəstəyi götürdü:

–  İsa müəllim, salam. Necəsiniz?

– Çox sağ olun, Ramil müəllim. Gecəni birtəhər başa vurdum. Sizdən xahiş edirəm, saat 09:30-da müavinləriniz və idarə rəisləriniz ilə birlikdə Respublika Prokurorluğunda olun. Bəzi məsələləri müzakirə edəcəyik.

Ramil Usubovun cavabını dinləyib:

–  Danışdıq, oldu, – dedi.

Bir azdan prokuror yerindən durdu, üzbəüz kabinetdə oturan müavini Həmid Mustafayevin qapısını döyüb içəri keçdi. Görüşdülər, sonra təzə prokuror sobaya yaxın oturub müavinindən Naxçıvan şəhərində kriminogen vəziyyət barədə məlumat verməsini xahiş etdi.

Həmid müəllim masanın arxasından durub stulunu ona yaxın çəkərək oturdu və sözə başladı:

– İsa müəllim, şəhərdə vəziyyətə polis nəzarət edə bilmir. Axşamlar isə qorxudan heç şəhərə belə çıxmırlar. Vəziyyətə Naxçıvan şəhər Müdafiə Şurası nəzarət edir. Öz- başınalıq baş alıb gedir. Cəbhəçilər çox azğınlaşıblar və hakimiyyət də onların əlindədir. Daxili qoşunların burada bir bölüyü var. Onun fəaliyyəti iki ay olar ləğv edilib. Lakin indiyəcən hələ də silahlarını təhvil verməyiblər. Qanundan kənardırlar. Daxili işlər naziri oralara yaxın da düşə bilmir. Ramil Usubovun bir müavini var- Siyavuş Mustafayev. 1992-ci ilin iyun ayında qanuni hakimiyyətin devrilməsində Fərəc Quliyevlə bərabər o da çox fəal iştirak edib. Ramil Usubov isə onun barəsində heç bir tədbir görə bilmir. Mənə elə gəlir, ilk növbədə bu iki problem həll edilməlidir. Siyavuşun törətdiyi cinayətlər barədə kifayət qədər sübutlar var. Onun iki nəfər cangüdəni var, onlar da həbs edilməlidirlər. Barələrində cinayət işi açılıb.

– Həmid müəllim, xahiş edirəm, dediyiniz cinayət işlərini nahardan sonra mənə məruzə edəsiniz.

Prokuror bir stəkan çay içib öz otağına qayıtdı. Heç beş dəqiqə keçməmişdi ki, Ramil Usubov onun kabinetinə daxil oldu. Səhərin təzəcə açılmasına baxmayaraq, siqaret tüstüsü içərisində prokuroru çətinliklə görmək olurdu.

Nazir salam verib dedi:

– İsa müəllim, səhərin gözü açılmamış bu qədər siqaret çəkmək olar?! Sizi tüstünün içindən seçməkdə belə çətinlik çəkdim.

Prokuror ayağa qalxıb onunla görüşdü.

– Salam, Ramil müəllim. Bu zəhrimara qalmış vərdişimdən canımı qurtara bilmirəm.

Ayaqüstü bir-iki kəlmə kəsdikdən sonra prokuror nazirlik əməkdaşlarının da gəldiyini biləndə onları içəri dəvət etdi. Hər biri ilə görüşüb tanış oldu, oturmalarını xahiş etdi.

Görüş başladı. Prokuror soruşdu:

–  Ramil müəllim, gecə avtomat silahlardan atəş açanlar kimlər idi?

– İsa müəllim, onların əksəriyyəti cinayətkarlardır. Tədbir görmək çətindir. Çünki silahlı müqavimət göstərirlər.

– Ramil müəllim, daxili işlər orqanlarının əməkdaşları – polis cinayətkarlığa qarşı mübarizə aparmalıdır. Əgər cinayətkarlar onlara qarşı müqavimət göstərirlərsə, bu müqavimətləri dəf etməlidirlər.

– İsa müəllim, onlar silahlı müqavimət göstərirlər.

– Polis də zəruri müdafiə vəziyyəti daxilində silah tətbiq etməlidir. Qanun üç halda polisə cinayətkara qarşı odlu silah tətbiq etməyə icazə verir.

Prokuror sözünə davam etdi:

– Ramil müəllim, əgər polis tədbir görməsə, vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmədiklərinə görə cinayət işi başlayıb sizin əməkdaşlar barədə tədbir görəcəyəm. Özünüz bilin.

Prokuror sözünü bitirdi. Daxili İşlər Nazirliyinin əməkdaşları isə susurdular.

–  Sualınız və hər hansı bir təklifiniz yoxdursa, gedə bilərsiniz.

Ramil Usubovdan başqa, polislər kabineti tərk etdilər.

Nə növbəti gecə, nə də ki sonrakı gecələr Naxçıvan şəhərinin sakinləri atəş səsləri eşitdilər. Bu şəhərdə silahlar həmişəlik susduruldu.

Yeni iş həftəsinin əvvəlində prokuror İsa Nəcəfov, Həmid Mustafayevdən Daxili Qoşunların ləğv edilmiş bölük komandirini saat 12:00-da prokurorluğa dəvət etməyi xahiş etdi. Təyin edilən vaxtda Həmid Mustafayev daxili telefonla bölük komandiri Əsgərin onun yanında olduğunu bildirdi.

“İndi gəlirəm”, – dedi və Həmid Mustafayevin kabinetinə keçdi. Kabinetdə iş masasının qarşısında baş leyte- nant rütbəsində 23-25 yaşlı bir hərbiçi əyləşmişdi. Muxtar Respublikanın Prokuroru baş leytenanta əl verib görüşdü və onunla üzbəüz oturdu. Dərhal sözə başladı:

– Əsgər, bilirəm, siz Qarabağda vuruşmusunuz. Özü də kişi kimi, cəsarətlə. Hətta özümüzünkülər nədənsə sizin bölüyü məhv etmək istəyiblər. Amma siz ağıllı tərpənmisi- niz. İndi iki aydır sizin bölüyün hərbi vahid kimi mövcud ol- masına xitam veriblər. Düzdür?

– Bəli, düzdür.

– Siz əmrə tabe olmamısınız. Silahları təhvil verməmisiniz, şəxsi heyəti tərxis etməmisiniz. Sizin bu hərəkətiniz  cinayətdir. Bunu qəbul edirsinizmi?

– Bəli, İsa müəllim.

– Əgər siz silahları təhvil verməsəniz, onda mən cinayət işi qaldırmağa məcbur olacağam. Əgər bundan sonra da silahları təhvil verməsəniz, məcbur olacağıq ki, sizin bölüyün tərksilah edilməsi üçün güc tətbiq edək. Bu, sözsüz, canlı qüvvənin itkisinə gətirib çıxaracaq, sizin vəziyyətiniz daha da ağırlaşacaq. Bu, sizə lazımdırmı?

Əsgər bir qədər fikrə daldı. Nəyi isə ağlında götür-qoy edir, ölçüb-biçirdi. Bəlkə də, ona deyilənlərin nə dərəcədə real olacağını düşünürdü. Kim bilir?!

Həyatın şirin, acılı anlarını gənclik dövründə dadan gənc zabit saçları və qaşları qar kimi ağappaq ağarmış qarşısındakı insanın, bəlkə də, dediklərinin ciddiliyini və israrlılığını da hiss edirdi.

Prokuror da öz növbəsində onun gözlərinin içinə baxaraq sanki gənc zabitin sağlam düşüncəyə malik olub-olmadığını öyrənmək istəyirdi. O, öz qərarında həmişə israrlı olmuşdu.

Gənc zabit araya çökmüş sükutu pozdu:

–Xeyr, İsa müəllim. Mənə qan tökülməsi lazım deyil. Onsuz da cəbhədə qan tökmüşük, bir o qalıb ki, mühasirə şəraitində olan torpaqlarımızda da qan tökək. Mənə bir gün vaxt verin. Sabah səhər elə bu vaxt sizə zəng edərəm. Gəlib bölüyün maddi material vəsaitlərini və silahları qəbul eləsinlər.

Xidməti stolun arxasında oturub prokurorla gənc zabitin danışığını həyəcan və intizarla izləyən Həmid müəl- lim Əsgərin son sözlərindən sonra dərindən köksünü ötürdü. Üzündə təbəssüm göründü, canında könül rahatlığı yarandı.

– Yaxşı, razılaşdıq, – deyə prokuror cavab verdi. – Sabah səhər mənə zəng eləyin, – sonra ayağa durdu. Əsgərlə sağollaşıb Həmid müəllimin kabinetindən çıxdı.

Əsgər vədinə xilaf çıxmadı. Deyilən vaxtda prokurora zəng vurdu və bölüyün təhvil-təslimə hazır olduğunu bildirdi. Prokuror:

– DİN-nin əməkdaşları indi gəlirlər. Vədinizə əməl etdiyinizə görə çox sağ olun, – dedi.

İsa Nəcəfov hökumət telefonu ilə Ramil Usubova zəng vurub Daxili Qoşunlar bölüyünün silah-sursatları və digər əşyaları təhvil-təslim etməyə hazır olduğunu bildirdi. Həmin gün bölüyün şəxsi heyəti tərxis olundu və bir qa- nunsuz silahlı dəstənin mövcudluğuna son qoyuldu. Bu, Naxçıvan şəhərində ictimai əmin-amanlığın bərpa olunmasında atılan mühüm bir addım idi. Özü də ağrısız və acısız…

Təzə prokurorun fəaliyyətinin onuncu günü tamam olurdu. O, Ramil Usubovla birlikdə xidməti avtomobili ilə  axşam saat 17 radələrində keçmiş Puşkin küçəsilə hərəkət edirdi. İran İslam Respublikasının konsulluğuna çatmamış yolun sağında iki nəfər polis işçisinin dayandığını gördü. Ramil Usubov sevincək dedi:

– İsa müəllim, bir baxın, polislər axşamçağı artıq küçələrdədirlər.

Bu, prokurorda təəccüb doğurdu və sual verdi:

– Məgər polislər axşamlar küçəyə çıxa bilmirdilər?

  • İsa müəllim, bu cəbhəçilər ilk gündən polisi o

qədər gözümçıxdıya salıblar ki, gözüqıpıq olublar. Siz gələnə kimi bu vaxtlar küçədə heç polis tapmaq olardı?!..

“…İsa müəllim, siz, deyəsən, mənə qulaq

asmırsınız?” Baş prokurorun bu sözləri onu düşüncələrindən ayırdı.

– Yox, Eldar müəllim. Mən sizə qulaq asıram, özü də çox diqqətlə.

– İsa müəllim, siz bu gün cənab Prezidentin apardığı araşdırmaya o qədər də fikir verməyin. Bəzən yanılırıq, bizə deyilən informasiyanı həqiqət kimi qəbul edirik. Axıra kimi yoxlamadan nəticə çıxardırıq. Həyatda təbii olan şeydir, məndən inciməyin.

– Eldar müəllim, belə məsələlərdən mən incimirəm. Dövlət idarəçiliyində yol veriləndir. Prezident bütün faktları araşdırmaqda haqlıdır. Heydər Əliyev acı həqiqəti sevəndir.

– İsa müəllim, bizim münasibətlərimizdən çox şey asılıdır. Amma siz?!

– Eldar müəllim, mənim sizlə heç bir qərəzli münasibətim yoxdur, heç olacağını da düşünmürəm. Ancaq mən istəyirəm ki, bu qanunlar ayrı-ayrı vəzifədə oturanların istə- yinə deyil, dövlətə və dövlətçiliyimizə xidmət etsin.

Onlar hava limanına çatdılar. Orada onları Eldar Həsənovun ən yaxın dostu və sirdaşı Abbas Abbasov qarşı- ladı. Abbas Abbasov Baş prokurorla  səmimi görüşərək ona: “Cənab 147, necəsən?” – dedi.

Eldar Həsənova bu cür müraciət ona qəribə gəldi. Lakin onların arasında gedən söhbət zamanı Abbas Abbasovun Eldar Həsənova hər kəlməbaşı “cənab 147” deyərək müraciət etməsi onu Cinayət Məcəlləsinin bir normasının adını xatırlamağa sövq etdi və o, məsələnin əsl mahiyyətini  anladı.

Bir neçə dəqiqədən sonra, o, “səmimi” dostları tərk edərək aviasiya prokuroru Vaqifi kənara çəkdi və Elman Qənbərovla bağlı tapşırıq verdi. Elman Qənbərovun Kiyevə uçuşu və qayıtdığı günlərin tarixlərini deyib, həmin reyslərdə gələn sərnişinlərin adları olan sənədin hava lima- nından götürülməsinə, ona təqdim olunmasına göstəriş verdi.

Təxminən yarım saatdan sonra Eldar Həsənov trapla yuxarı qalxıb təyyarənin giriş qapısında dayandı və geriyə çevrilib aşağıda dayanmış dostu Abbasa və birinci müavini İsa Nəcəfova əl yellədi. Onun gözlərindən yenə də hiyləgərlik yağmaqdaydı. Simasında cilvələnən saxta təbəssüm isə bu hiyləgərliyi maskalamaq üçün bir vasitəydi. Belə anlarda, yəqin ki, dünyanın ən böyük aktyorları ona qibtə edə bilərdilər.

Təyyarənin lyuku bağlandı və Baş prokuroru yola salanlar hava limanını tərk etməyə başladlar. Aviasiya proku- roru yaxınlaşıb qovluqdakı sənədləri İsa Nəcəfova təqdim edərək:

– İsa müəllim, bu sənədlər dediyiniz reyslərdə uçan sərnişinlərin siyahısıdır, – dedi.

O, qovluğu açdı və tarixlərinə baxdı. Siyahıdakıları nəzərdən keçirdi.

– Bu sənədlər qoy məndə qalsın. Sağ ol, – deyib xidməti maşınına oturdu.

– Prezident Aparatına gedirik.

–Yaxşı, İsa müəllim, – sürücü  dilləndi…

…Siyavuş Mustafayevin cangüdənləri barədə qanuni tədbir görmək o qədər çox vaxt aparmadı. Onlardan İlham adlı birisi prokurorluğa dəvət olundu. Respublika prokuroru ilə qısamüddətli söhbətdən sonra özü qanunsuz saxladığı və gəzdirdiyi Kalaşnikov tipli avtomatı sursatları ilə birlikdə gətirib təhvil verdi və öz ayağı ilə də istintaq təcridxanasına getdi. Digərləri də bu qaydada öz silahını Daxili İşlər Nazir- liyinə təhvil verdilər. Onun barəsində həbs qətimkan tədbiri seçilməsinə heç bir etirazı olmadı.

Vəziyyəti analiz etdikdən sonra prokuror hələ Naxçıvan Nəqliyyat Prokurorluğunun müstəntiqi işlədiyi vaxtlardan tanıdığı Firudin Mustafayevi prokurorluğa dəvət etdi.

(Ardı var)