ACI HƏQİQƏT

198

 “Hürriyyət” İsa Nəcəfovun eyni adlı kitabını ixtisarla oxucularına təqdim edir

Azərbaycan Respublikasının sabiq Baş prokuroru Eldar Həsənovun həbsinin bir çox detalları hələ ictimaiyyətə qaranlıq olsa da, onun bağlı olduğu qüvvələr, keçmişdə və səfir olduğu dönəmdə göstərdiyi fəaliyyət haqda məlumatlar da az deyil. 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsində işləyən İsa Nəcəfovun müəllifi olduğu “Acı həqiqət” kitabında da bu haqda kifayət qədər geniş məlumat yer alır. Ümumilikdə,  bu kitabın keçmişlə bağlı bir sıra proseslərə aydınlıq gətirdiyini nəzərə alıb, “Acı həqiqət”i ixtisarla oxucularımıza təqdim etməyi qərara aldıq. Buyurun, izləyin!

(Əvvəli ötən sayımızda)

Qonaq armudu stəkandan bir qurtum çay içib stəkanı nəlbəkiyə qoydu. Diqqətlə Prezidentin gözlərinə baxıb dedi:

– Gəlişimin məqsədini Sizə çatdırmaq istəyirəm, cənab Prezident. Bu, ABŞ hökumətinin tapşırığıdır. Siz, həqiqətən də, neft və qaz müqavilələrini bağlamaq istəyirsiniz? Bu yolda qarşıya çıxacaq çətinliklər sizi yarı yolda qoyma- yacaq ki?

– Bəli, bu, mənim və dövlətimin gəldiyi qəti qərardır. Heç bir çətinlik və problem  məni və dövlətimi bu yoldan sapdıra bilməz, – deyə Prezident cavab verdi.

– Cənab Prezident, Mərkəzi Kəşfiyyat İdarəsində dəqiq məlumatlar var ki, müqavilə bağlanandan sonra ruslar sizin Londonda yaşayan nəvələrinizi öldürəcəklər.

***

Prezidentin baxışında heç bir dəyişiklik, həyəcan görünmədi. Lakin köksünün sürətlə qalxıb-enməsi onun qəfil həyəcan keçirməsini sübut edirdi. O bir anlıq susdu. Bu bir neçə saniyə və ya dəqiqə çəksə də, heç kim bunu duymadı. Araya çökmüş ani  sükutu onun sakit və həlim, lakin həzin səsi pozdu.

– Bu müharibələrdə çox babalar öz nəvələrini itirib. Çox babalar dünyadan nakam gedən, vətən uğrunda şəhid olan nəvələrinin nəşi və məzarı üstündə acı göz yaşı töküb fəryad ediblər. Mən heç də onlardan artıq deyiləm. Mən də olaram onlardan biri.

Həyəcandan Raufun tükləri biz-biz oldu. Özünü top- layıb Prezidentin cavabını qonağa tərcümə etdi. Lakin Pre- zidentin cavabının qəlbində yaratdığı boğucu, həyəcanlı riqqətini gizlədə bilmədi. Keçirdiyi həyəcan səsinin titrəməsində açıq-aydın hiss olundu. Prezidentin sözlərinin tərcüməsi bitəndə qonağın bəbəkləri genişləndi və nəmləndi. Prezidentin üzünün ifadəsində və sözlərində dərin inam, cəsarət  və mətanət qonağı da heyrətə saldı. Çöhrəsində bir iftixar hissi oyandı.

– Cənab Prezident, Sizin cavabınızı cənab Robert Vulsinə çatdıracağam. Əgər izn versəydiniz, mən Sizi tərk edib geriyə dönərdim.

– Hörmətli qonaq, mən elimin adətini poza bilmərəm. Əvvəlcə şam edək, sonra gedərsiniz.

Onlar ayağa qalxdılar.

İntizar və həyəcanla gözlənilən gün

1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sara- yında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdı…

Bununla da, “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

Gizli çevriliş planı

Bu plan Baş nazir Surət Hüseynov və Yura Süleyma- novun birgə iştirakı ilə müzakirə edilmişdi. Əsas məqsəd dövlət çevrilişində iştirak edən qüvvələri, onlara rəhbərlik edəcək şəxsləri, eləcə də ilk növbədə tutulacaq obyektləri müəyyən etmək idi. Xidməti vəzifəsinə görə Baş nazir öl- kədəki ictimai-siyasi vəziyyəti hamıdan yaxşı bilirdi. Həm də çox yaxşı bilirdi ki, Surətin kəlməbaşı “Qoca” dediyi Prezident öz siyası təcrübəsinə və dərin məlumatına görə dövlətin və xalqın siyasi nəbzini daim əlində saxlayır. Bütün ictimai proseslərdən və ən ucqar kəndlərdə olan hadisələr- dən belə xəbərdardır. Prezident özü yalnız özünə tabe olan, mövcudluğu çox məxfi saxlanılan informasiya şəbəkəsinə malik idi. Onların söhbəti elə bir yerdə aparılırdı ki, oraya heç bir adam nəzarət edə bilməzdi.

“Lələ” özünəməxsus tərzdə danışmağa başladı:

– Maa belə gəlir ki, artıq gözlədiyimiz an gəlib çat- mışdır. Neft müqaviləsinin bağlanması Kremldə şiddət do- ğurub. Mən belə hesab edirəm ki, biz gəlirdən kənarda qalacağıq. Qarabağ məsələsi Rusiyasız həll olunmayacaq. Qoca isə Rusiya ilə münasibət saxlamaq istəmir. Çünki Yeltsin onu heç xoşlamır da. Bax bunu çevrilişdən sonra insanlara geniş şəkildə kütləvi informasiya vasitələri ilə çatdırmalıyıq. Qısa müddətdə Neft müqaviləsinin dövlət üçün nə qədər zi- yanlı olduğunu da bildirməliyik. Müqavilə Parlament tərə- findən təsdiq edilməsə, olacaq heç nə. Ruslar da söz verirlər ki, bizi dəstəkləmək naminə çevrilişdən sonra Qarabağ məsələsini tez həll etsinlər. Nəriman müəllim, sən Rəhim Qazıyevin, Baba Nəzərlinin, Arif Paşayevin və Əlikram Hümbətovun azadlığa buraxılmasını, yəni qaçmalarını tez-liklə təşkil etməlisən. Rəhimin orduda hörməti var. Baba da çox adamı tanıyır. Əlikram cənub bölgəsində dağılan qüv- vələrini tez öz ətrafında toplaya biləcək. Arif də ki, ona rəğbət bəsləyənləri səfərbər edəcək. Orduda da bir neçə kombiriqlə danışıqlar aparılıb, onlara çox böyük pullar vəd edilib. Kombiriqlər bizim işarəmizi gözləyirlər. Onlarla Yura danışıb. Nəriman müəllim, siz nə deyirsiniz?

– Mən sizinlə müəyyən qədər razıyam. Ölkədəki in- sanlar arasında böyük narazılıq var, çətinliklər mövcuddur. Rusiya şimal nəqliyyat əlaqəsini üzümüzə bağlayıb, neft müqaviləsinə görə artıq bizə düşmən kimi baxır. Ancaq biz çox qorxulu və təhlükəli bir oyuna girmişik. Bəli, Daxili İşlər Nazirliyi dövləti, hakimiyyəti müdafiə etmək iqtidarında deyil. Cavadov qardaşları məmurlar arasında çox böyük qorxu hissinin hökm sürməsinə nail olublar. Lakin siz başa düşməlisiniz ki, Heydər Əliyev xalq arasında nüfuz sahibidir və ona böyük sevgi var. Əgər xalq ayağa qalxarsa, hər şey bitəcək və hər şeyi itirəcəyik.

– Nəriman müəllim, xahiş edirəm məni dinləyin, – Yura Süleymanov sözə başladı, – Qarabağ müharibəsi baş- layandan indiyədək döyüşlərdə olmuşam. Hərbi hissələrin böyük əksəriyyətinin nəinki komandirlərini, hətta demək olar, bütün zabit heyətini tanıyıram. Məmmədrəfi nə zibildi ki, müdafiə naziri olsun. Onun əməliyyat xəritəsindən və döyüş taktikasından belə xəbəri yoxdur. Adı çox yaxşılığa çəkilən Nəcməddin Sadıqov heç bir döyüşü udmayıb. Çevriliş olsa, ordu neytral mövqedə qalacaq. Bir çox kombiriq bu fikirdədir. İlqarla Tacəddin bir saatın içində Gəncəni tu- tacaqlar. Ətrafdakı qüvvələr heç bir maneə törətməyəcəklər. OMON isə Prezident Aparatını, televiziya şirkətini tutacaq. Hava limanı ona görə lazımdır ki, Naxçıvandan köməyə gə- lə bilərlər, onun qabağını almaq lazımdır. Bildiyiniz kimi, bir çox vəzifəlilərlə danışığımız olub. Əlikram və Arifin azadlıqda olması bizə çox lazımdır. Onlara öz bölgələrində çox hörmət edirlər. Rəhimin Qraçovla yaxşı münasibəti var. O da bizə çox lazımdır. Onsuz keçinə bilməyəcəyik. Biz ye- ni hökumət qurmalıyıq. Bu hökumət Rusiya ilə sıx əlaqədə olmalıdır ki, Qarabağ məsələsini həll edək.

– Yura, tələsmə, biz hökumət üzvlərinin kim olaca- ğını hələ müzakirə etməyək. Çünki onları təhlükə altında qoya bilərik.

– Nəriman müəllim, fikrinizi deyin.

– Milli təhlükəsizlik nazirini Baş nazirlə bağlayan qohumluq əlaqələrindən başqa, siyasi görüşləri, bir də şəxsi ambissiyalarıdı. Dövlət çevrilişindən sonra siyasi və hüquqi mövqeyinin daha möhkəm olacağına inanırdı. Lakin Heydər Əliyevlə siyasi oyuna girməsindən, loru dillə desək, üyüdürdü. Çünki onun geri çəkilməyə də yolu yox idi. Ona görə də mən planımızla razıyam. İnanıram ki, biz qələbə ça- lacağıq, – deyə o, ciddiyyətlə dedi.

– Dediyim adamlar nə vaxt azadlıqda olacaqlar? – deyə Baş nazir təkrar sual verdi.

– 22-nə keçən gecə.

– Yaxşı, indi isə iş başına keçək, – deyə “Lələ” top- lantının başa çatdığını bildirdi.

 

MTN-dəki gizli cinayət, yoxsa xəyanət?

 

Sentyabrın 21-dən 22-nə keçən gecə

Gecə saat səkkizdir. Milli təhlükəsizlik naziri Nəriman İmranov hələ də iş otağındadı. O, icra edəcəyi işin planını bir neçə gün idi düşünürdü, ancaq həyata keçirməyə cəsarət etmirdi. Bu gecə nəyin hesabına olursa olsun, əməliyyat həyata keçirilməliydi. Lakin başa düşürdü ki, bu qaçışdan xəbərsiz olduğu barədə Prezidenti heç cür inandıra bilməyəcək. Ümidini düşündüyü alibisinə bağlamışdı. Nazirliyin istintaq təcridxanasının kurator müavini Namiq Abbasov idi. Daxili əmrlə bu sahədəki işlərə o cavabdehlik daşıyırdı. Faiq Mirzəyev tutulub dindirilmədən ona qarşı ittiham irəli sürmək çətin olacaqdı. Bir qrup şəxsin MTN-in istintaq təcridxanasından qaçması faktı ilə başlanmış cinayət işinin istintaqı prosesində, həqiqətən də, Baş prokuror Eldar Həsənov Namiq Abbasovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatət qaldırmış, Prezident isə bunu qanunsuz hesab etmişdi. Çünki MTN-də vəzifə bölgüsü olsa da, ilk növbədə buna nazir cavabdehdir. Digər tərəfdən, Prezident tam əmin idi ki, Namiq Abbasov bu cinayətdə iştirakçı olmamışdır. Nəriman İmranov və qeyriləri barəsində cinayət işinin istintaqını aparan müstəntiq Füzuli Məmmədov Namiq Abbasovun cinayət etməkdə təqsirliliyi  barədə arayışla iki dəfə Prezident Heydər Əliyevin qəbulunda olsa da, onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verməsinə nail ola bilməmişdi. Prezidentin haqlı olduğunu istintaqın nəticəsi də sübut edirdi. Plana görə, Faiq Rəhim Qazıyevlə birlikdə Rusi- yaya keçəcək, onların isə yerinin müəyyən edilib tutulmalarına aylarla vaxt lazım gələcəkdi. Tutulsalar belə, Azərbaycana ekstradisiyası çox vaxt aparacaqdı. Əgər  Prezidentin ondan şübhələndiyinə əmin olarsa, respublikadan qaçmaq planını da hazırlamışdı.

Nəriman İmranov əsas ümidini Gəncədə başlayacaq dövlət çevrilişinə bağlayırdı. Lakin Baş nazir Surət Hüseynovun çevrilişlə hakimiyyəti ələ almasına bir qədər şübhə ilə yanaşırdı. Bircə ona əmin idi ki, dövlətdə Surət Hüseyno- vun həyata keçirəcəyi çevrilişə mane olacaq qüvvə yoxdur. Daxili İşlər Nazirliyi aparatı və yerlərdəki polis orqanları amorf vəziyyətdədir. Daxili qoşunların rəhbərliyi də bitərəf mövqedədir. Nazir Ramil Usubov idarəçiliyin ipini hələ də öz əlinə ala bilməmişdi. Çünki nazirlikdə ən çox qorxduğu bir şəxs vardı: Rövşən Cavadov. Faktiki olaraq, nazirliyə və əsas qüvvəsi olan OMON-a o, rəhbərlik edirdi. Hökumətin bütün qüvvələri ondan “cindən qorxan kimi” qorxurdular. Surətin adamları Cavadov qardaşları ilə birləşmək üçün da- nışıqlar aparırdılar. Ancaq bu ittifaqa o qədər də ümid etmək olmazdı. Əsas danışıqları Surətin yaxın adamı və onun bri- qada komandiri Yura Süleymanov aparırdı. Tərəflər birlikdə hərəkətə keçmək barədə razılığa gəlmişdilər.

Yura hətta vaxtı ilə daxili işlər naziri kreslosunda Surətin əyləşdirmək istədiyi Baş prokurorun birinci müavini Eldar Həsənovla da görüş keçirmişdi. Nəriman İmranovun bu qumarbazdan, xüsusilə də onun öz həlqəsində müxtəlif istiqamətdə fırlanan şümür gözlərindən heç xoşu gəlmirdi. Onun Yuraya verdiyi suallardan da xəbəri vardı: “Sizin canlı qüvvənizin sayı nə qədərdir? Tankınız, topunuz varmı? Bəs təyyarəniz necə, var? Bu çevrilişdə hansı hərbi hissə sizə yardım edəcək? Kimləri ələ ala bilmisiniz? Briqada koman- dirlərindən kimlər sizinlə həmrəydir?”

– Hiyləgər dələduz! – nazir hiddətlə dedi, – guya onun kimlərə və necə işləməsindən xəbərim yoxdur? Ya Rövşən və Mahirlə gizli münasibətlərini bilmirəm? Guya onlara necə yarınmağa çalışmasından xəbərim yoxdur?

Prezidentin müdafiə dəstəsinə gəldikdə, əmin idi ki, proses başlayanda onlar pərən-pərən düşəcəklər (hadisələr Nəriman İmranovun düzgün nəticə çıxardığını təsdiq etdi).

Bir məsələdə arxayın deyildi: Türkiyə Respublika- sının Milli İstihbaratının Xarici Kəşfiyyatı bu dövlət çevrili- şinə, çətin ki, yardım etsin. Ona görə ki, “Əsrin müqaviləsi”ndə onların hökumətinin öz xüsusi maraqları və planları vardı.

Türkiyə hökuməti diplomatiyada Heydər Əliyevlə bacara bilmirdi. Türkiyə Prezidentinin bütün məsələlərdə özünə tabe etmək istəyi daim boşa çıxırdı. Bu üzdən nazirə bəlli idi ki, səfir Altman Karamanoğlu və Tansu Çillər höku- məti prezident Heydər Əliyevi hakimiyyətdən OMON vasi- təsilə kənarlaşdırmağa çalışır. Bu haqda MİT xüsusi plan üzərində işləyirdi. Ola bilməzdı ki, KQB generalı Heydər Əliyevin bundan xəbəri olmasın. Ola bilməzdi ki, MİT-in özündə onun etibarlı adamı və ya adamları olmasın.

Heydər Əliyevin zəngin əməliyyat təcrübəsi vardı və Xaliqin ona bəxş etdiyi şəxsi keyfiyyətlər imkan verirdi ki, ünsiyyət zamanı istənilən həmsöhbətində özünə qarşı hüsn-rəğbət oyatsın. Bu isə ələalmanın ən gözəl metodu idi.

Hətta XX əsrin ən böyük şəxsiyyətlərindən biri olan Uinston Çörçill bunu belə ifadə edirdi: “İosif Stalinlə beş dəqiqə söhbətdən sonra məndə ona qarşı böyük hüsn-rəğbət oyandı və bunun təsirindən heç vaxt çıxa bilmədim” (Nor- man Rouz, “U.Çörçillin avtobioqrafı”).

Zaman onun xeyrinə işləyirdi. Artıq nə Surət, nə də onun qüvvəsi bir il bundan əvvəlki kimi idi. Bütün bunlara baxmayaraq, nazir əməliyyat planının icrasına başlamağı qət etdi.

(Ardı var)