ACI HƏQİQƏT

153

(Əvvəli ötən saylarımızda)

Müstəntiq Qabil Qasımov dedi:

–  Tahir müəllim, mən də sizinlə razıyam. Şəmsinin ifadəsindən görünür ki, Elçin Əmiraslanov, Əliyusif  Tahirov və Dəyanət Kərimov baş tutmayan sui-qəsdlərə cəhdlərdə də iştirak ediblər. Lakin özlərindən asılı olmayan səbəblərə görə, Afiyəddin Cəlilovu qətlə yetirə bilməyiblər. Qrupun üzvləri arasında isə vəzifə bölgüsü olub. Cinayətkar dəstəni qətl yerinə gətirən şəxs həm də qrupu hadisə yerindən uzaqlaşdırmaq vəzifəsini icra edib. Qətli Dəyanət icra edib. Şəmsi hər iki halda Dəyanəti sığortalayan qatil rolunu oynayıb. Əliyusif Tahirov, yaxud da Fikrət “korrektirovşik” rolunu oynayıb. O, Afiyəddin Cəlilovun evə gəlməsi xəbərini qatillərə bildirib. Görəsən, qətl günü Dəyanəti sığorta edən kim olub?! Bu şəxsi hələ biz müəyyən etməmişik.

Danışıqları dinləyən müstəntiq Abdullayev gülümsəyərək dedi:

–  Mənə deməyə heç nə qalmadı, siz hamısını dedi- niz.

Kazımov Abdullayevi qınamadı. Lakin istintaq qrupunun üzvlərinin bir-birinin düşüncələrinə hörmətlə yanaş- malarından məmnun qaldı:

– Mən də çox düşünürəm ki, görəsən, Dəyanətlə bərabər qətldə kim və ya kimlər iştirak edib? Digər tərəfdən, barəsində düzgün təsəvvür yaransın deyə, Dəyanətin şəxsiy- yəti və cinayətləri barədə sizə bir qədər də məlumat vermək istəyirəm.

 

Ayaz Mütəllibovun silahları

 

Sumqayıt şəhər polis idarəsinin rəisi, polis polkovniki Ənvər Quliyev nahardan yenicə qayıtmışdı. Masasının üstündə olan qovluqdakı əməliyyat sənədlərini bir-bir götürüb öyrənir və künclərinə müvafiq dərkənarlar qoyurdu.

Daxili telefon zəng çaldı. O, selektora baxdı. Zəng edən müavini Tahir Ağayev idi. Selektorun düyməsini basdı, Tahir Ağayevin həyəcanlı gur səsi eşidildi:

– Ənvər müəllim, çox mühüm məlumat var. Vaxtınız varsa, gəlim sizə məruzə edim.

O yalnız bircə kəlmə:

–   Gəlin, – dedi.

Sumqayıt şəhəri də Azərbaycanın bir çox bölgələri kimi çox ağır, həyəcanlı anlar yaşayırdı. Qanunsuz silahlı bandaların  əl-ayağını hələ tam yığışdırmaq mümkün olma- mışdı. Törədilmiş ağır cinayətlərin çoxusu bağlı olaraq qalmaqda idi.

Tahir Ağayev qapını arxasınca örtər-örtməz sözə başladı:

– Rəis, indicə qəbul etdiyim bir nəfər mənə məlumat verdi ki, Dəyanət Kərimov adlı bir şəxs Ayaz Mütəllimovun bir maşın silahını Corat qəbiristanlığında basdıraraq gizlədib. Dəyanət “qanunsuz silah gəzdirdiyinə görə” Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Cinayət işinin istintaqı prokurorluqda aparılıb. İndi o, cəzaçəkmə müəssisəsindədir.

Polkovnik, Tahir Ağayevə oturmağı təklif etdi:

–  Ağayev, indi isə tələsmədən bir də deyin görüm nə baş verib?!

Tahir Ağayev dediklərini bir də təkrar etdi:

– Rəis, məlumatı verən şəxs etibarlı adamdır. İndi- yədək onun verdiyi məlumatların hamısı düz çıxıb. Hətta dedi ki, silah basdırılan əraziyə kərpiclərlə işarə qoyulub.

– Məlumatı rəsmiləşdirib mənə təqdim edin.

Günün axırında polkovnik Ənvər Quliyev yenidən Tahir Ağayevi kabinetinə dəvət etdi:

– Tahir müəllim, mən bu məlumatı dönə-dönə oxumuşam. Onun doğru olduğuna inana bilmirəm. Ona görə istəyirəm ki, məni məlumatı verən şəxslə görüşdürəsən.

– Rəis, görüşə mən də razıyam. Lakin mənə vaxt verin onunla danışım. İnsandır da, birdən nəyisə bəhanə edib görüşməkdən imtina edər. Rəis, əgər bu şəxs sizinlə görüşməyə razılıq verərsə, siz nə vaxt görüşə bilərsiniz?

– Tahir müəllim, elə bu gün, istənilən vaxt məsləhət bildiyiniz yerdə məlumat daşıyıcısı ilə görüşməyə hazıram.

Tahir Ağayev ayağa qalxdı:

–  Rəis, bir saata sizə məlumat verəcəyəm.

 

Naməlum şəxslə görüş

 

Ənvər Quliyev Tahir Ağayevin müşayiəti ilə doqquzmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən mənzilin meşindən üz çəkilmiş qapısını açaraq içəri daxil oldu.

Tavandan asılmış elektrik lampası dəhlizi o qədər də aydın işıqlandırmırdı. Mənzil birotaqlı idi. Otaqda dörd ədəd stul və bir ədəd dördkünc stol vardı. Pəncərələr və eyvana çıxan qapının şüşəsi pərdə ilə örtülmüşdü.

Stolun üstündə bir neçə armudu stəkan və çaydan vardı. Küncdə isə dörd ayaqlıq üstündə dayanmış köhnə bir televizor qoyulmuşdu. Görünüşündən bəlli idi ki, uzun müddətdir ondan istifadə olunmur. Mənzil sahibi qonaqları görcək ayağa qalxdı. Bu, 45-50 yaşlarında, əynində nimdaş pencək, çal saçlı və çod bığlı, ovurdları batıq bir kişiydi. O, birinci Ənvər Quliyevə ehtiramla salam verdi. Quliyev salamı aldı və kişinin ona tərəf uzanan əlini sıxdı. Zəhmətkeş bir adam olduğunu əlindəki düyün və qabarlardan hiss elədi. Otaqdakı tavandan asılmış elektrik lampası dəhlizdəki lampaya nisbətən otağı daha da zəif işıqlandırırdı. Otağın divarları adicə əhənglə ağardılmışdı. Döşəmənin rəngi isə tamamilə itmişdi.

Ev sahibi və qonaqlar əyləşdilər. Birinci Tahir Ağa- yev söhbətə başladı:

– Ənvər müəllim, bu qardaş mənim ən çox etibar et- diyim adamdır. Qanunlara xüsusi hörməti var, vətənpərvər- dir. Öz zəhmətilə dolanır. Ona etibar edə bilərsiniz.

– Tahir müəllim sizin barənizdə mənə əvvəl də danışmışdı. Sizinlə söhbət etməkdə məqsədim verdiyiniz mə- lumatı bir daha sizin öz dilinizdən eşitməkdir. Bu, bir qədər inanılmazdır. Bir maşın avtomat silah bilirsiniz nə qədərdir?  Axı onları niyə basdırsınlar ki?

–  Ənvər müəllim! – deyə ev sahibi sözə başladı, – yadınızdadırsa, Ayaz Mütəllimov 1992-ci ilin may ayında bir günlüyə hakimiyyətə gəldi. Həmin hadisədən bir müddət keçəndən və hakimiyyətə qayıtmaq şansı itirildikdən sonra onun tərəfkeşlərinə paylanmış silahlar ələ keçməsin deyə, yenidən toplanılıb. O silahlar Corat qəbiristanlığında  basdırılıb. Lazım olsa, mən sizinlə gedib silah basdırılan sahəni də göstərə bilərəm.

– Silahların basdırıldığını şəxsən özünüz görmüsü- nüzmü? – deyə Ənvər Quliyev sual verdi.

– Ənvər müəllim, sizin bu sualınıza cavab versəm, növbəti sualınız da olacaq. Bu, mənim üçün əlverişli deyil. Xahiş edirəm, dəqiqləşdirici cavablar olmadan mənə inana- sınız.

– Silahlar basdırılan yeri göstərə bilərsinizmi?

– İstəyirsinizsə, lap indi gedək göstərim.

– Danışdıq, – deyə Quliyev ayağa qalxdı.

– Ənvər müəllim, mən sizi yarım saatdan sonra qə- biristanlığın yanından keçən Sumqayıt-Novxanı yolunun kə- narında gözləyəcəyəm. Bu da təxminən gecə saat on ikinin yarısı eləyir.

– Yaxşı.

Ənvər Quliyev Tahir Ağayevlə birlikdə evdən çıxdı. Pilləkənləri düşərkən rəis müavininə dedi:

– Tahir müəllim, binanın pilləkəni ilə enmək qalxmaqdan çox yaxşıdır, amma vəzifə pilləkənində yox.

Müavini rəisin sözünə rəğmən bədahətən dedi:

– Görkəmli şairimiz Nizami Gəncəvi gözəl deyib:

Hər gecənin gündüzə dönməyi var əzəldən,

Ucalığın, bəllidir, enməyi var əzəldən.

– Tahir müəllim, şeiriyyətin şahlar şahı olan Nizami Gəncəvi bu kəlamı çox gözəl məntiqi təfəkkürlə deyib. Bu beytin fəlsəfi mənasını həyatımızın bütün sahələrinə, hər bir şəxsin isə fəaliyyət tarixinə aid etmək olar. Tahir müəllim, hələ vaxtımız var. Deyirəm, bəlkə, Sumqayıtın küçələrini bir maşınla dolaşaq?

– Rəis, siz bilən məsləhətdir.

Onlar polkovnik Ənvər Quliyevin xidməti VAZ-31 markalı “Volqa”sına oturdular. Sumqayıtın çox da böyük olmayan bir neçə əsas küçəsi vardı. “Volqa” irəlilədikcə sər- nişinlərin gözləri önündən yarıqaranlıq boş küçələrin insansız səkiləri ötüb keçirdi. Artıq mənzillərin çoxunda işıq yanmırdı. Görünür, yanvar ayının soyuq havası sakinləri, arı öz pətəyinə yığışan kimi, evlərinə çəkib aparmışdı. 26-cı kvartalın arxasından Səməd Vurğun küçəsi başlayırdı.

Tahir Ağayev saatına baxdı:

– Rəis, görüşə on dəqiqə var. Corata tərəf gedəkmi?

Quliyev sürücünün çiyninə ehmalca vurub:

–  A bala, dəniz kənarı ilə Corata tərəf sür,  – dedi.

Hava sakit idi. Külək əsmirdi. Səmada parça bulud- ların arxasından sayrışan ulduzları görmək olurdu. Qəbiristanlığa yaxınlaşarkən maşının faralarından düşən gur işıqlar altında yolun sağ tərəfində dayanmış VAZ-01 markalı “Jiquli” göründü. “Volqa” “Jiquli”ni keçib yolun sağ tərəfində dayandı. “Jiquli”dən gündüz görüşdükləri kişi enib əlindəki fanarla onlara yaxınlaşdı:

– Ənvər müəllim, dediyim sahə çox da uzaqda deyil. Təxminən 50-60 metr qumluqla getməliyik.

Tahir Ağayevin cibindən çıxardığı balaca fənər yolçuların yolunu işıqlandırmaq üçün lazım oldu.

Bələdçi bəzən dayanıb fənərin işığını gah sağda, gah da solda yerin səthilə gəzdirir, sonra irəli addımlayırdı. Bu qayda ilə irəlilədikdən sonra bələdçi sağ tərəfdə dikinə qoyulmuş bir ədəd bişmiş qırmızı kərpici gördü. Dərhal dedi:

– Ənvər müəllim, baxın. Bura gizlədilmiş silahların başlanğıc sahəsidir, qəbirlərdən təxminən 3-4 metr aralıda- dır. İndi isə sola baxaq.

O, fənəri sola tutdu. Doğrudan da, birinci kərpicdən 6-7 metr aralıda ikinci bir qırmızı kərpic də qoyulmuşdu.

– Burdan qazmağa başlaya bilərsiniz.

Tahir Ağayev fənəri onun əlindən alıb ətrafı işıqlan- dırdı. Bir anlıq canından soyuq üşütmə keçdi. Qəbiristanlıqda əbədi sükut hökm sürürdü.

Bəli, hər bir insanın son mənzili məzarlıqdı. Nə vaxtsa mən də belə məkanın sakini olacağam. Bəzən elə olur ki, insana burada sakin olmaq belə qismət olmur. Nə üçün? Niyə? Bu suallara hələ indiyədək heç kim cavab tapa bilməyib.

Polkovnik Ənvər Quliyev bir anlıq qapıldığı hisslərdən qurtulmaq üçün dedi:

–  Tahir müəllim, səhər açılanda gəlib bir dəfə də buralara baxarıq.

Onlar geri döndülər. Maşının yanında Tahir Quliyev bələdçiyə dedi:

– Qardaşım, sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, –  və sağollaşmaq üçün əlini ona uzatdı.

 

Sükut məkanı

Rəis müavini ilə səhər tezdən şərtləşdikləri yerdə –  Corat qəbiristanlığında axtarış aparılacaq yeri bir daha öy- rənmək üçün görüşdülər. Gecə hava tamamilə dəyişmişdi.

Ənvər Quliyev maşından düşərkən sərt xəzri küləyi- nin caynağından qurtulmaq üçün qapının dəstəyini əlindən buraxmadı. Kimsəsiz çöllük ona cansıxıcı təsir bağışladı. Küləyin dibindən qopardığı kol-koslar havada uçuşurdu. Külək qəbiristanlığın bəzi yerlərində artıq özünəməxsus qum təpəcikləri  yaratmışdı.

“Yaxşı ki, gilavar əsmir, – deyə o, fikrindən keçirdi, – yoxsa axtarış aparanda ekskavatorun qazdığı torpaq üzü- müzə çırpılacaqdı”.

Alçaqdan süzən sıx qara buludlar havanı qaranlığa qərq etmişdi. Sanki ətrafa axşamın toranlığı çökməkdə idi.

Soyuq külək yanaqlarını yandırırdı. Küləyin sahildən qaldırıb səpələdiyi qum dənələri onlara göz açmağa imkan vermirdi. Külək furaşkasını başından aparmasın deyə, sol əli ilə onun günlüyündən tutmuşdu. Dənizin sahilə çırpılan dalğaları ətrafa böyük səs-küy salmışdı. Havadan dəniz yosununun  qoxusu gəlirdi.

Bir anlıq buraya nə üçün gəldiyini unutdu. Buna səbəb məşhur Azərbaycab şairi Məsud ibn Nəmdarın “Sükut yatağı” şeirinin bu beytinin zəkasında canlanması oldu:

“Hamı yatmış, uyumuş, hökm eyləyir burda sükut,

Cin-şəyatin yox olub, uyquya dalmış mələkut”.

Belə bir şəraitdə qəbiristanlıqda silah tapmaq naminə axtarış aparmaq o qədər də könülaçan deyildi. Lakin nə et- mək olardı.  Xidməti vəzifəsinin icrası bunu tələb edirdi.

Əyinlərinə geydikləri isti gödəkçələr kürəklərini soyuq küləkdən qoruyurdu. Bir daha axtarış olan yerə nəzər saldılar. Ərazi çox da böyük deyildi. Nişanələr hələ ki, yerindəydi. Burda vaxt sərf etməyin səmərəsiz olduğunu görüb geri döndülər. İndi əsas məsələ öz furaşkalarını qorumaq idi. Onlar sinələrini irəli verib, gözlərinə qum dənəcikləri düş- məsin deyə, gözlərini yumaraq maşınlarına tərəf yeriyirdilər.

(Ardı var)