ACI HƏQİQƏT

90

(Əvvəli ötən saylarımızda)

1997-ci il başa çatdı. 1998-ci ilin martında Tahir Ka- zımov Bakı şəhəri Səbail rayon prokuroru təyin edilsə də, cinayət işinin istintaqı onun icraatında saxlanıldı.

Bir müddət keçdikdən sonra Rusiya Federasiyasının əməliyyat orqanlarından Azərbaycan Respublikasında İnterpolunun Milli Mərkəzi Bürosuna Şəmsi Abdullayevin cinayət törətdiyinə görə həbs edilməsi barədə məlumat daxil oldu. Lakin bu xəbər istintaqı sevindirsə də, Şəmsi Abdullayevin Azərbaycana ekstradisiya olunmasının çox zaman aparacağı faktı onları məyus etdi.

Şəmsi Abdullayev yalnız iki ildən sonra, yəni 2000-ci ilin mart ayının əvvəllərində ölkəyə gətirildi. İstintaqın göstərişi ilə Şəmsi Abdullayev Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında yerləşdirildi. Onun gətirilməsi və burada yerləşdirilməsi yalnız istintaqın məxfiliyini gözləmək xatirinə edilmişdi. İlk görüş, istintaqçıların dili ilə desək, istintaq qrupu üçün çox gözlənilməz oldu.  Polis rəisi Ənvər Quliyev Tahir Kazımovun rəhbərlik etdiyi istintaq qrupunu hörmətlə qarşılayıb, istintaq hərəkətinin aparılması üçün şərait yaratdı. Pəncərələrinə dəmir barmaqlıqlar vurulmuş xüsusi bir kabineti onların sərəncamına verdi. Beş dəqiqə keçməmiş nəzarətçilər Şəmsini əlləri qandallı kabinetə gətirdilər. Şəmsi Abdullayev Tahir Kazımovu görən kimi ona təbəssümlə salam verdi:

–  Tahir müəllim, salam.

– Salam.

Kazımov nəzarətçiyə Şəmsinin qollarındakı qandalları açmağı tapşırdı. Nəzarətçi qandalları onun qollarından açıb sual etdi:

–  Cənab prokuror, başqa tapşırığınız varmı?

– Xeyr, gedə bilərsiniz. Biz Şəmsini dindirəcəyik. İstintaq hərəkəti bitən kimi sizə daxili telefonla xəbər verə- rik.

Nəzarətçi “baş üstə” deyib kabineti tərk etdi, arxa- sınca qapını örtdü. Bunu gözləyirmiş kimi Şəmsi dedi:

– Tahir müəllim, siz məni 1995-ci ildə həbs edə bi- lərdiniz, ancaq etmədiniz. Amma indi Rusiyadan tutub gə- tirmisiniz və bilirəm indi məni niyə həbs etmisiniz.

Bu sözləri Şəmsidən gözləməyən Tahir Kazımov bə- dahətən soruşdu.

– Səni niyə tutub gətiriblər?

– Afiyəddin Cəlilovun öldürülməsinə görə tut- musunuz. Məni Afiyəddin Cəlilovu öldürməyə göndəriblər, amma mən onu öldürmədim, Qazaxa qayıdıb özümü bıçaq- ladım ki, bir daha məni göndərməsinlər.

Ondan eşitdiklərinin həqiqiliyinə şübhə ilə yanaşma- sına baxmayaraq, Kazımov qarşısında əyləşən bu adamın daxili dünyasına baş vurub onun hansı mühitdə yaşamasını və hansı psixi gərginliklər keçirməsini təsəvvür etməyə ça- lışdı. Canilər çox nadir hallarda açıq etirafa gedirlər. Yalnız insanlıq simasını hələ tam itirməyənlər buna qadir olurlar.

Kazımov hissə qapılmamaq üçün dedi:

– Şəmsi, qarşındakı çaydan iç, tələsmə, olanları baş- dan, yəni əvvəlindən bizə danışmalısan. Sənə ittiham elan  edib ifadəni alacaqlar. Tələsmədən və nə bilirsənsə bizə da- nış. Qasımov, dindirməyə başla.

Kompyuterin önündə əyləşən birinci dərəcəli hüquq- şünas Qalib Qasımov müttəhim qismində cəlbetmə qərarını Şəmsiyə təqdim etdi:

–  Sizə qarşı irəli sürülən ittihamla və qanunla sizə verilən hüquqlarla tanış olun.

Şəmsi qərarı alıb oxudu. Müstəntiq soruşdu:

–  Tanış oldunuzmu?

–  Bəli, tanış oldum.

– Onda bura ayın tarixini yazın və burdasa qol çəkin.

Şəmsi 01 mart 2000-ci il tarixini yazdı və “müttəhim” sözünün qarşısında imza etdi. Qərarın arxasında, həmçinin müstəntiq Qasımov da qol çəkdi.

Müstəntiq Qasımov Şəmsinin şəxsi anket məlumatlarını yazdıqdan sonra ona sual verdi:

– Sizə elan edilən ittihamda özünüzü təqsirli bilir- sinizmi?

– Özümü təqsirli bilmirəm, – Şəmsi cavab verdi.

– Onda müttəhimi dindirmə protokolunun bu hissə- sinə dediyinizi yazın və imza edin.

Qalib Qasımov protokolun imza yerini ona göstərdi.

Şəmsi ona təqdim edilən sənədə imza etməmişdən öncə dediyini yazdı: “Özümü təqsirli bilmirəm”.

– Tahir müəllim, mən bir daha qeyd etmək istəyirəm ki, elan etdiyiniz ittihamla özümü təqsirli bilmirəm. Lakin çalışacam başıma gələnləri, eləcə də etdiklərimi ətraflı sizə danışım. Siz isə dediklərimdə nəyin düz, nəyin əyri olduğunu özünüz müəyyən edərsiniz.

O, sözünə davam etdi:

– Mən əvvəllər Gürcüstan Respublikası ərazisində hərbi xidmətdə olmuşam. 1987-1989-cu illərdə hərbi xidmətdə olduqdan sonra Leninqradda Gizirlər Məktəbini bitirib, Gürcüstanın Vaziani adlanan hərbi hissəsinin təlim mərkəzində gizir kimi xidmət etmişəm. Göstərirəm ki, həmin yerdə 2-3 ay gizir kimi işlədikdən və ermənilər Qazax bölgəsinə hücum etdikdən sonra mən o dövrdən, təxminən 1990-cı ildən könüllü olaraq Hümbət adlı şəxsin dəstəsində Əskipara, Quşçu, Ayrım kəndlərində vuruşmuşam. Təxminən 1991-1992-ci illərdə Elçin Əmiraslanovla tanış oldum. Onunla bölgədə gedən döyüşlər zamanı tanış olmuşdum və o, mənə bir yerdə döyüşməyi təklif etmişdi. Buna görə də Elçin Əmiraslanovla XTPD-çilərin sırasında könüllü kimi Ağdərəyə gedib orada vuruşmuşam. Lakin mən heç vaxt rəsmi olaraq XTPD-nin Qazax bölüyündə xidmət etməmişəm. Bu müddət ərzində Elçin Əmiraslanovla 1994-cü ilə kimi bir yerdə olmuşam. Onun göstərişi ilə bu müddətdə xüsusi tapşırıqları yerinə yetirirdim. 1994-cü ilin hansı ayına kimi Elçin Əmiraslanovun ətrafında olduğumu uzun müddət keçdiyindən dəqiq xatırlaya bilmirəm. Göstərirəm ki, mən Elçin Əmiraslanovun tapşırığı ilə Bakı və onun ərtafında bir neçə cinayətin törədilməsində iştirak etmişəm. Belə ki, Elçin Əmiraslanovun tapşırığı ilə Sumqayıt yaxınlığında, Corat qəsəbəsində bir nəfəri tapanca ilə vurub öldürmüşəm. Onu öldürməyim də belə olub ki, həmin dövrdə XTPD-nin Qazax bölüyünün bəzi üzvləri Bakıda “Cənub” mehmanxanasında qalırdılar və Rövşən Cavadovun mühafizəsini təmin edirdilər. Həmin müddətdə konkret kimlərin “Cənub” mehmanxanasında olduğunu deməyə çətinlik çəkirəm. Lakin mən də həmin müddətdə elə “Cənub” mehmanxanasında qalırdım. Mehmanxanada olduğum müddətdə saat neçə olduğunu bilmirəm, ancaq artıq hava qaralırdı. Elçin Əmiraslanov mehmanxanaya gəlib məni çağırdı. Aramız çox yaxın idi. Elçin Əmiraslanov mənə bildirdi ki, mənimlə gedək, bir iş var. Çölə çıxanda aydın oldu ki, mehmanxananın qarşısında ağ rəngli VAZ-2109 markalı avtomaşın bizi gözləyir. Həmin avtomaşını “Qaqaş” ləqəbli Allahverdiyev Yaşar sürürdü. Sükan arxasında “Cin Fikrət” kimi çağırılan Əliyusif Tahirov oturmuşdu. Fikrətlə məni Elçin Əmiraslanov döyüş bölgə- sində, gərək ki, Fizuli rayonunda döyüşərkən tanış etmişdi. Beləcə, mən maşına Elçinlə oturdum. Qabaqda, ya arxada oturduğum yadımda deyil. Elçin maşına minəndə mənə bil- dirdi ki, bir işin dalınca gedəcəyik. Mən Bakını yaxşı tanı- mıram, lakin o zaman mənə elə gəldi ki, Sumqayıt şəhəri istiqamətində hərəkət edirik. Məni qaranlıqda bir binanın yanında saxlayıb düşürdülər. İndi xatırladım ki, Elçin məni mehmanxanadan maşınla götürəndə hava qaralmamışdı, gündüz idi. Beləcə, məni bir binanın yanında düşürüb, Əli- yusif və Elçin Əmiraslanov ağ VAZ-2109 maşınla harasa getdilər. Həmin düşdüyüm yeri mən tanımıram. Heç bilmi- rəm ki, həmin yer Bakıdadır, yoxsa Sumqayıtda. Çünki mən Bakının ətrafını tanımıram. Təxminən bir saat gözlədim. Elçin və Əliyusif mənə tapşırmışdılar ki, gözləyim, onlar gələcəklər. Mən oturub gözlədikdə gördüm ki, Elçin Əmir- aslanov, Əliyusif və Dəyanət adlı birisi iki avtomaşında- biri ağ VAZ-2109, biri qırmızı VAZ-2109, ya da VAZ -21099 avtomaşında gəlib çıxdılar. Onlardan kimin ağ, ya qırmızı maşını sürdüyünü xatırlamıram. Beləcə, mən Fikrətlə VAZ-2109 maşında təxminən iki saata yaxın fırlandıq. Elçin Əmiraslanov mənə bildirdi ki, bir erməni tutublar, onu silahla vurub öldürmək lazımdır. Mən də ona dedim ki, ermənidirsə, mən onu öldürməyə hazıram.  Beləcə, iki saat fırlandıqdan sonra məni bir qəsəbəyə gətirdilər. Söhbətlərin- dən mənə aydın oldu ki, bu, Corat qəsəbəsidir. Orda məni bir qarajın yanına apardılar. İndi dəqiq yadıma düşdü ki, Fikrət, mən və Elçin Əmiraslanov qırmızı maşına minib fırlandıq. Qırmızı VAZ-2109 (99) avtomaşını bir qarajın yanında, təxminən 5-6 metr aralıda saxlayanda Fikrət və Elçin maşında qaldılar. Elçin Əmiraslanov mənə bildirdi ki, gir qaraja, əgər Dəyanət həmin adamı vurub öldürməyibsə, özün öldür. Mən qarajın qapısını döydüm. İçəridə işıq yanırdı. Qapını Dəyanət açdı. İçəridə üç nəfər var idi. Bir nəfər gözü dəsmalla bağlı vəziyyətdə stulda otuzdurulmuşdu. Ağ VAZ-2109 markalı Elçin Əmiraslanovu  gəzdirən maşın qarajda idi. Mən başa düşdüm ki, qarajda olan maşının qarşısında stulda gözübağlı oturan şəxs öldürüləcək adamdır. Mən Dəyanətdən soruş- dum ki, budur? Dəyanət mənə dedi ki, budur. Dəyanətdən başqa, qarajda Həsən kimi çağırılan bir nəfər də var idi. Həmin Həsəni əvvəllər görməmişdim. Beləcə, mən Dəya- nətin əlində TT markalı tapanca olduğunu gördüm. Dəya-nətdən tapancanı alıb hazır vəziyyətə gətirmək istəyəndə, yəni qoruyucusunu açmaq istəyəndə Dəyanət mənə dedi ki, artıq tapanca atəşə hazırdır. Mən ondan tapancanı götürən kimi oturmuş, gözü bağlı şəxsin başını nışan aldım və təx- minən 1-2 metr məsafədən ardıcıllıqla yuxarıdan aşağıya tük olan yerdən təxminən 2, ya da 3 dəfə atəş açdım. Stulda oturan adamı güllə ilə vurduqdan sonra o, qabağa böyrü üstə yıxıldı. Deyim ki, başından vurduğum adam bir kəlmə də olsun söz demədi. Bundan sonra təxminən 2-3 dəqiqə keçdi. Dəyanətlə mən artıq meyiti qaldırıb arxa oturacağa uzatdıq və Dəyanət sükan arxasına keçib maşını təxminən 2-3 dəqi- qə sürdü və Coratın qəbiristanlığına çatdıq. Artıq qəbiris- tanlıqda aydın oldu ki, Elçin Əmiraslanov,  Fikrət və Əliyu- sif qəbir qazırlar. Mən də Dəyanətlə meyiti götürüb onların yanına apardıq. Orada Elçin və Əliyusifə qəbir qazmaqda kömək etdim. Torpaq qumlu olduğundan yumşaq idi və asanlıqla qazılırdı. Təxminən bir metr dərinlikdə qazdıqdan sonra meyiti ora atıb torpaqla üstünü basdırdıq. Onu da deyim ki, meyiti götürəndə, səhv etmirəmsə, Həsən adı ilə çağırılan şəxs qarajda qaldı. Ağ VAZ-2109 markalı avto- maşında Əliyusif, Elçin Əmiraslanov və mən Bakıya qayıt- dıq. Şəhərdə tanımadığım bir binanın qarşısında maşını sax- ladılar. Biz maşından düşüb bir evə qalxdıq. Evin mərtəbəsi yadımda deyil. Amma evdə bir cavan qadın var idi. Evin kimə məxsus olduğunu bilmirəm. Fikrət evdən çıxıb getdi. Elçin və mən həmin evdə gecələdik. Mənim şalvarıma qan ləkəsi düşdüyündən Elçin mənə şalvar almağa milli pul verdi. Amma həmin pulun nə qədər olduğunu bilmədim. Həmin pul ancaq bir şalvar almağa bəs elədi. Səhəri gün Elçinlə mən həmin evdən bir yerdə çıxıb düz “Cənub” mehmanxanasına gəldik. Bundan sonra mən Coratda öldür- düyüm adam barəsində heç kimlə söhbət etməmişəm.

(Ardı var)