ACI HƏQİQƏT

279

Üç gündən sonra müstəntiq Əli Əliyev İzzət İbadovun məlumatı əsasında aparılmış ibtidai istintaqın nəticələ rini məruzə edirdi:

– İsa müəllim, DİN-nin əməkdaşları ilə birlikdə İbadovun verdiyi məlumatı hərtərəfli və tam yoxladıq. Onun polis kapitanı olan yeznəsilə münasibətləri yaxşı deyil, yeznəsinə qarşı qərəzlidir. Ailə üzvlərini, atasını xoşlamır. İbadovun keçmişini yoxlayarkən üç dəfə məhkum olunduğu müəyyən edildi, hər dəfə də zorlama cinayətinə görə məh- kum olunub. Birinci dəfə öz doğma qızını zorlayıb. İsa müəllim, məni bağışlayın, o, çox şəxsiyyətsiz bir varlıqdır. Necə olub o, cəzaçəkmə yerindən sağ-salamat qayıdıb, deyə bilmirəm. Onun dediyi faktların heç biri ibtidai istintaqda öz təsdiqini tapmadı.

– Əli müəllim, əgər o, belə şəxsiyyətsizdirsə, nə üçün üzləşmədə öz dediyinin üstündə durmadı? İnadkarlıq etmədi?

– Elə bu, məni də çox təəccübləndirir. Mənəviyyatını itirmiş bir subyekt üzləşmə zamanı ədalət hissini itirmədi.

– Bu fakt üzrə apardığın istintaq hərəkətləri əsasında Baş prokurorun adına bir arayış hazırla ki, mən də məruzə edim. İstintaqın nəticəsi barədə Namiq Abbasova heç bir məlumat göndərməyək. Onsuz da araşdırmanın nəticəsindən xəbərdardır. Bir də, axtarışda olan “omon”çuların siyahısını və onlar barədə topladığın materialları nahardan sonra müzakirə edək. Qara 2108 markalı “Jiquli”də tapılan əşyalar – Kalaşnikov avtomatının qundağı, səsboğucu, başlanğıc sürəti az olan sandıqcadakı patronlar sübut edir ki, Dəyanət Kərimov Afiyəddin Cəlilovun qətlə yetirilməsinin iştirakçıla- rından biridir. Çox güman ki, o, icraçıdır. Şahidlərin ifadəsi də təsdiq edir ki, o, tək olmayıb. Ola bilməz ki, “omon”çulardan kimsə və ya  kimlərsə onun yaxın “məsləkdaşı” olmasın.

– İsa müəllim, mən Dəyanətlə saatlarla söhbət etmişəm. O, kimdən və ya kimlərdənsə çox qorxur. Ona görə də etiraf etmir. Nahardan sonra mən bütün materiallar əsasında araşdırdığım və aydınlaşdırdığım “omon”çuların siyahılarını sizə təqdim edərəm. Eləcə də kimlərdən şübhələndiyimi də müəyyən edərəm.

Axşam saat altı radələrində telefon zənginin səsi kabinetində fikrə getmiş Nəcəfovu düşüncələrindən ayırdı. Addımlarını saxlayıb bir anlıq şəhər telefonunun zənginə qulaq asdı. Zəng edən, yəqin, müstəntiq Əlidir. İndi yadına düşdü ki, nahardan sonra onunla görüşməliydi. Lakin indiyəcən gəlməyib. Görünür, nəsə buna əsaslı bir səbəb olub.

Zəng susmaq bilmirdi. Son günlər baş verən xoşagəlməz hadisələr onun könül rahatlığını, demək olar ki, pozmuşdu. İşindən məmnunluq duymurdu…

O, telefona yaxınlaşıb dəstəyi qaldırdı:

–  Bəli, eşidirəm, – dedi.

– İsa müəllim, Əlidir zəng edən. Xahiş edirəm məni bağışlayasınız. Sizin qəbulunuzdan çıxanda mənə xəbər verdilər ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları məni təcili axtarır. Mən “qorotdelə” getdim. Orada mənə bildirdilər ki, məhkum Fazil Muxtarov mənimlə görüşmək istəyir. Onunla görüşdüm. Mənə bildirdi ki, Afiyəddin Cəlilovu o qətlə yetirib. Mən onun ətraflı ifadəsini aldım.

– Əli müəllim, prokurorluğa gəlin. Muxtarovun ifa- dəsi ilə tanış olmaq istəyirəm.

On beş dəqiqədən sonra Əli, Fazil Muxtarovun ifadəsini ona təqdim etdi. O, ifadəni tələsmədən oxudu. Müs- təntiq isə katibənin gətirdiyi çayı qurtumla içir və həmsöh- bətinin üzünə baxırdı. Etiraf ifadəsinin ona necə təsir etdiyini – inanıb-inanmayacağını öyrənmək istəyirdi. Fazil Muxtarovun etirafına özü də inanmırdı. Çünki o, sürücüyə necə atəş açması faktına gələndə çaşdı, nə deyəcəyini bilmədi.

Nəhayət, Nəcəfov oxumağını yekunlaşdırıb ifadəni ona uzatdı. Qaşlarını çataraq eynəyini stolun üstünə atdı, sifətini turşutdu. “Düz danışmır. Tamamilə inandırıcı deyil”, – deyə düşündü.  Muxtarovun ifadəsi ona, həqiqətən də, inandırıcı görünmürdü.

– Mən Fazillə söhbət etmək istəyirəm. Sabah səhər saat 11-də Məhərrəm Əliyevin kabinetində olacağam. Fazil Muxtarovu gətirərsiniz onun kabinetinə. Özün bir də bax. Qətllərin elementləri, hadisənin törədilmə mexanizmi onun ifadəsi ilə uzlaşmır. Onu ətraflı dindirmək istəyirəm. Elşən Rəhimovun ifadəsi də inandırıcı deyil. Burda kiminsə məkrli əli var, bizi təxribata çəkir. Mən yüz faiz inanıram ki, Afiyəddin Cəlilovu Dəyanət Kərimov qətlə yetirib. Lakin onun ölümü kimə və ya kimlərə lazım idi? Qətlin motivi nədir? Afiyəddin Cəlilov sakit bir adam idi. Fazildən biz bu suallara düzgün cavab almalıyıq. Ola bilsin ki, o, nəsə desin, lakin əsas məsələləri o, izah edə bilməyəcək. Fazilin boyu hündürdür. Cəlilovun qətlə yetirilməsinə səbəb olan güllənin trayektoriyası isə göstərir ki, silahdan atəşi aşağıdan yuxarı balacaboy adam açıb.

– İsa müəllim, mən də sizinlə razıyam. Mən Fazil Muxtarovun ifadəsini tam ətraflı, xırdalığına kimi yoxlayacağam.

Baş prokurorla birbaşa telefonun zəngi onları söhbət- lərinə ara verməyə məcbur etdi. Nəcəfov telefonun dəstəyini qaldırdı:

– Bəli, Eldar müəllim.

– Salam. İşləriniz necədir? – Baş prokuror sual verdi.

– Çox sağ olun, Eldar müəllim, işlər yaxşıdır.

– Eşitmişəm Fazil Muxtarov Afiyəddin Cəlilovu qətlə yetirməsini etiraf edib?!

– Bəli, Eldar müəllim. Agenturanız çox yaxşı işləyir, göz dəyməsin!

Birinci müavinin sözlərindən məmnun qalan Baş prokuror gülümsündü.

–Eldar müəllim, Muxtarovun etirafı inandırıcı deyil. Səhər özüm onu dindirmək istəyirəm. Nəticəsini sizə məru- zə edərəm.

–  Yaxşı, gözləyirəm, – deyə Baş prokuror telefonu yerinə qoydu.

İsa Nəcəfov diqqətlə müstəntiqə baxdı. Əli gülümsədi:

– İsa müəllim, bundan mənim xəbərim yoxdur. Polisdən kimsə ona məlumat verib.

– Əli, burda pis heç nə yoxdur. Ancaq mən çox narahatam. İstəmirəm ki, kimlərsə bizi səhv yola çəksin. Ehtiyatlı ol, istintaq sirrini heç kimə vermə. Sizinlə işləyən əməliyyatçıları da xəbərdar edin. Yoxlanılmamış məlumatı ora-bura ötürməsinlər. Bu, gələcəkdə istintaq üçün, işin məhkəmə baxışı üçün çətinlik yaradar. Özünüz də görürsünüz ki, qəzetlər ictimai fikri dəyişdirmək üçün nələrə əl atırlar! Yalanı, böhtanı həqiqət kimi qələmə verirlər. Yeni-yeni insan haqları müdafiəçiləri peyda olur. Onlar hüquq-müdafiəçiləri yox, maraq müdafiəçiləridir. Ölkədə beşinci kalonu formalaşdırırlar. İkincisi, nə tez unutdun Mahir Cavadovla olan zəng məsələsini?

– İsa müəllim, mən bunu bilmirəm.

– Müsəllim Moskvadan gətiriləndən  sonra ondan Mahir Cavadovun telefon nömrəsini öyrəndik. Sonra mən Ramil müəllim və Məhərrəm müəllimlə birlikdə qərara gəldik ki, ona zəng edək. Razılaşdıq. Lakin onların heç biri razılıq vermədi ki, mobil telefonlarından Mahirin nömrəsini yığaq. Mən dedim ki, mənim mobil telefonumdan zəng edək. Zəng elədilər. Lakin danışmadılar. Bir həftə sonra Fuad Ələsgərov mənim haqqımda Prezidentin ünvanına yazılmış anonim ərizəni mənə təqdim etdi və izahat istədi. Guya mən Mahir Cavadovla danışmışam. Ərizəni yazan da- nışıqlarımıza da qulaq asıb. Guya Mahir mənə pul göndərib, mən onu ayıb saymışam. O isə deyib ki: “Boş şeydir, fikir vermə. Eto meloçi jizni”. Bir sözlə, ehtiyatlı ol.

***

Fazil Muxtarovun dindirilməsi təyin edilən vaxtda başladı.

Cəzaçəkmə müəssisəsində keçirdiyi iki ilə yaxın həyatı Fazili nə zahirən, nə də daxilən dəyişmişdi. Sifətinin rəngi bir azca qaçmışdı. Təmkinliliyi, soyuqqanlılığı əvvəlki kimi idi. Lakin tez-tez gözünü qırpması, danışıq tərzi bir az fərqlənirdi. Fikirləşmədən, götür-qoy etmədən suallara dərhal cavab vermirdi. Bütün bunlar onu dindirənlərdə şübhə oyatmaya bilməzdi.

Nəcəfov ona belə bir sual verdi:

– Siz Cəlilova hansı vəziyyətdə atəş açdınız? Oturmuş vəziyyətdə, yoxsa ayaq üstə?

Çünki birinci ifadəsində o, bu barədə ifadə verməmişdi.

Muxtarov bir qədər fikrə getdi. Ən azı iki-üç dəqiqə fikirləşdi və sonra: “Mən oturaq vəziyyətdə ona atəş açdım, iki-üç dəfə, özü də tək-tək!” – dedi.

Bu cavab Nəcəfovu da, müstəntiqi də bir qədər çaşdırdı. Ancaq cavabın bir halı hadisənin baş vermə mexanizmi – güllənin ballastik trayektoriyasına oxşayırdı: aşağıdan yuxarı. Qalan hallar – iki-üç dəfə tək-tək atəş açılması isə  düz gəlmirdi. Çünki Afiyəddin Cəlilov yalnız Kalaşnikov avtomatdan atılan tək atəşlə ənsə nahiyəsindən vurulmaqla qətlə yetirilmişdi. Hadisə yerinin müayinəsi də bunu təsdiq edirdi.

Cəlilovun sürücüsünün qətlinə gəldikdə isə onun dedikləri tamamilə yanlış idi.

Dindirmənin sonunda Fazil Muxtarov Baş prokurorla görüşmək istədiyini bildirdi. Dindirmədə Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev iştirak etsə də, dindirmə prosesinə qarışmadı. Təkcə onun gedişini izlədi. Fazil Muxtarovu müvəqqəti saxlama təcridxanasına apardılar.

İsa Nəcəfov Məhərrəm Əliyevdən icazə aldıqdan sonra Baş prokurora zəng vurdu və dindirmənin bitdiyini, məhkum Fazil Muxtarovun onunla görüşmək istədiyini məruzə etdi.

Eldar Həsənov saat 17-də onu qəbul edəcəyini bildir- di. Saat 16:45-də Baş prokuror Eldar Həsənov birinci müavini İsa Nəcəfovu kabinetinə dəvət etdi.

Baş prokurorun kabinetinə daxil olarkən İsa Nəcəfov onun kiçik iclas masasının baş tərəfində əyləşdiyini gördü. İsa Nəcəfov salamlaşıb onun sağ tərəfindəki birinci stulda oturdu.

– İsa müəllim, işi qısa şəkildə mənə məruzə edin. Fazil Muxtarovun etiraf ifadəsini necə dəyərləndirirsiniz?

– Eldar müəllim, Fazil Muxtarov yalan danışır. Dedikləri inandırıcı deyil. Bu da hadisə yerinin müayinə protokolu və hadisə yerindən götürülən maddi sübutlarla təsdiq olunur. Afiyəddin Cəlilovu da, onun sürücüsü Mayıl Ağakişiyevi də eyni silahdan açılmış atəşlə qətlə yetiriblər. Hadisə yerindən altı ədəd giliz götürülüb. Gilizlərin ballastik ekspertizası və onların  üzərində olan izlər göstərir ki, bunlar bir Kalaşnikov tipli avtomat silahdan atılan atəşdən kənara düşən gilizlərdir. Bir silaha məxsus cizgiləri var. Fazil isə deyir ki, Cəlilovun sürücüsü Ağakişiyevi Elşən öz AKSU markalı avtomatı ilə güllələdi. Onda hadisə yerində ən azı 2-3 giliz onun avtomatına, qalan 4-5 giliz isə Elşənin silahına məxsus olmalı idi. Mən Fazilə inanmıram. Onun ifadəsində göstərdiyi hər bir hal hadisə yerinin müayinə protokolu ilə təsdiq oluna bilər. Fazilin oturub atəş açması da yoxlanılmalıdır.

Onların söhbətini qapını döyüb içəri girən Baş pro- kurorun katibəsi Yeganə kəsdi:

– Eldar müəllim, polislər bir nəfər dustaq gətiriblər. Deyirlər ki, siz onu qəbul etməlisiniz!

–Yeganə xanım, qoy gəlsin, mən onu qəbul edərəm.

Yeganə: “baş üstə”, – deyib kabinetdən çıxdı.

Qapı onun arxasınca örtülməmiş iki nəfər polis zabiti əli qandallı Fazil Muxtarovla Baş prokurorun kabinetinə daxil oldular. Eldar Həsənov dedi:

– Onun qandalını açın. Fazil, əyləş. Sizsə, xahiş edi- rəm, gözləmə otağında olun.

Polis zabitləri kabineti tərk etdilər.

Bundan sonra Eldar Həsənov dedi:

–  Muxtarov, İsa müəllim mənə məruzə etdi ki, siz mənimlə görüşmək istəyirsiniz. Buyurun, mən sizi dinləyi- rəm.

Fazil Muxtarov sıxılsa da, məzlum nəzərlərlə Baş prokurora baxdı və  sözə başladı:

(Ardı var)