Abxazların məhvi: “Artsax” Abxaziyaya köçür

255

Ermənistanın 2 milyona yaxın əhalisi var və bu ölkədə ciddi demoqrafik problemlər yaşanır. Ancaq nə birinci Qarabağ müharibəsindən sonra, nə də ikinci Qarabağ müharibəsindən sonra ermənilər öz dövlətlərinə getmədilər, əksinə digər ölkələrin ərazilərində kompakt şəkildə məskunlaşdılar. İlk növbədə Rusiyanın.

Ermənilərin seçilmiş kompakt yaşayış məntəqələri var. Bunlar Katolikosun onlara vəsiyyət etdiyi kimi, Rusiyanın və digər ölkələrin Qara dəniz bölgəsi, eləcə də Gürcüstandır. Xüsusilə Abxaziya – bu gözəl kurort bölgəsi çoxdan erməniləşdi. Ermənilər torpaqlarında sığınacaq verən gürcülərə xəyanət etdilər, ermənilər gürcüləri və abxazların arasına nifaq saldılar, sonra onların üstünə silah qaldırdılar, nəticədə bu gürcü-abxaz torpağı ermənilərin əlinə keçdi. İndi Abxaziyanın erməniləşdirilməsi prosesi başa çatır. Rusiya və Gürcüstan arasında münasibətlərin pisləşməsində Moskvadakı kabinetlərində oturan erməni lobbisi də günahkardır.

Qarabağdan geri çəkilən “Qədim əzabkeş xalq”ın Abxaziyaya köçdüyü haqda abxaz Kristina Avidzba “Abxaziyanın erməniləşdirilməsi: yeni bir tur sonuncusu ola bilər” məqaləsində yazaraq, ermənilər üçün əvvəlcədən Abxaziyaya bir dəhlizin açıldığını bildirir. Ermənilərin sistematik şəkildə torpaqlarından qovduğu abxazlar buna qəzəblidirlər.
“Sığınacaq təklif etməzdən əvvəl xalqımızın demoqrafiyasının son proqnozlarını araşdırdınızmı?!” – istifadəçi İnga Gulia yazır.

“Burada yeni qaçqınlara ehtiyacımız yoxdur, onlardan kifayət qədər var. Biz abxaz qardaşlarımızı Türkiyədən, Suriyadan və s. geri qaytarmalıyıq. Qarabağlı ermənilərin öz vətənləri -Ermənistan var. Mən qəti şəkildə onların bura gəlməsinin əleyhinəyəm, bu qaçılmaz münaqişəyə səbəb olacaq ” Astik Xaşba yazır.

Abxaziyanın erməni milləti ilə məskunlaşma sxemi çox sadə və maliyyə baxımından çox bahalı deyil. Bütün bu köçürülmə sisteminin başında, yalnız Rusiyada deyil, xaricdə də tanınan, keçmiş idmançı, hazırda böyük iş adamı və xeyriyyəçi Ruben Tatulyan – eyni “Robson” durur.

Bəzi məlumatlara görə, Ruben Tatulyan oğru dünyasının “nəzarətçisi” və öldürülmüş “qanuni oğru” “Ded Hasan” ın varisi oldu. “Robson” ləqəbini alan keçmiş atlet möhkəm əli ilə Rusiyadakı bütün güc strukturlarına yeraltı aləmin və erməni diasporunun maraqlarını diqtə edir.

Beləliklə, “yardım fondu” deyilən qurum Tatulyanın ixtiyarındadır, bu vəsaitlər Ermənistandan, məsələn, Abxaziyaya köçmək istəyən ermənilərin yerləşməsi üçün sərf edilir. Və biz on, hətta yüz nəfərdən danışmırıq. Tatulyanın dəstək “fondu” dövründə təkcə Ermənistandan Abxaziyaya 20 mindən çox insan köçürüldü.

Abxaziyada gəlmiş insanların işləri ilə erməni icmasının rəhbəri məşğuldur. İndi bu vəzifəni “Abxaziya Qəhrəmanı” Daşnak Qalust Trapizonyan tutur. Ona yaşayış üçün yer hazırlamalı olduğu vətəndaşların məlumatları və pasportları verilir. Gələnləri yaşayacaqları evlərdə 6 ay ərzində məskunlaşdırırlar. Bu, Tatulyan və köməkçilərinin bütün lazımi rəsmi sənədləri “düzüb-qoşmaları” üçün dəqiq vaxtdır. Ancaq Ermənistandan gələn vətəndaşlar daha yaxşı həyat kiçik otaqlarda müvəqqəti “sıxlaşırlar”. Əslində müvəqqəti yaşayış evləri yüksək hasarla əhatə olunmuş 2-3 hektar ərazidir və ərazidə müasir ikimərtəbəli evlər tikilir. Bir sahədə – 8 ev.

Bu gün qeyri-rəsmi məlumatlara görə,  Abxaziyanın təkcə Qaqra bölgəsində Ermənistan miqrantlar üçün beş belə müvəqqəti yaşayış evi var. Təsəvvür edin, hər ay Abxaziya yeni erməni koloniyası ilə dolur. Ancaq bu proses tam izsiz keçmir, çünki Abxaziyaya gələn ermənilərin əksəriyyəti rus dilində danışmır, bəziləri isə ümumiyyətlə rus dilində danışmır. Diqqət çəkməmək üçün erməni icması bu cür insanları uzun müddətə müvəqqəti yaşayış evlərində tərk edir, çünki  Abxaziyaya nəzarətsiz şəkildə köçən ermənilərə qarşı etiraz dalğası formalaşır. Lakin məsələ sosial şəbəkələrdə qəzəbli şərhlərdən o tərəfə getmir. Dövlət qurumları Ruben Tatulyanın rəhbərlik etdiyi vəziyyətə açıq etiraz edə bilmirlər, görünür buna görə neçə il əvvəl, ermənilərə  vətəndaşlıq verilməsi və qeydiyyatı üçün “səssiz” qadağa tətbiq etdilər. Ən azından 5-6 il əvvəl vəziyyət belə idi. Ancaq göründüyü kimi, səssiz təlimatı ləğv etməyi bacardılar, əks halda Ermənistandan gələn miqrant sayının və Abxaziyanın milli pasportlarını almasını necə izah etmək olar?

Abxaz cəmiyyəti ora köçürülən ermənilərin sayının artması ilə bağlı yaxınlaşan demoqrafik fəlakətdən dəfələrlə danışdı. Ancaq bu dövrdə insanların istəkləri səhrada ağlayan bir səs kimi eşidilmədi.

Erməni ekspansiyası, uzun müddətdir ilk dəfə olaraq erməni havadarlarının səyi ilə öz torpaqlarında azlıq təşkil edən Abxaziyanın demoqrafik problemi barədə açıq danışan insanları ayağa qaldırdı. Rəsmilər bu istiqamətdə ciddi addımlar atmasa, qədim Abxaz etnosu əriyib yox olacaq. Abxaziyada əksəriyyət ermənilər olacaq”.

“Kavkazplus”un yazdığına görə, separatçı hökumətdə işləyən abxazlar, erməni lobbisinə “dözümlülük sınağından” keçirlər və ermənilərə nədəsə mane olmağa başlayarlarsa, sadəcə işdən qovulurlar, yerinə “sadiq” və ya hətta etnik ermənilər qoyulur. Rusiyada olduğu kimi.
“Ümidsiz vəziyyətdə olan abxazlar sosial şəbəkələrdə onsuz da” qəzəblidirlər “, amma onları kim eşidir? Üstəlik, bu təhlükəli olur. Ermənilər artıq Abxaziyanın “ağaları “halına gəliblər. Onların hökmranlığından qəzəblənənləri çox tez tapıb məhv edə bilərlər. Qarabağdan olan 20 min erməninin “artıq səs-küy olmadan” Abxaziyada yerləşə bildiyi göstərir ki, eyni sxemlə – səssiz və “reklam” etmədən  “Artsax” erməniləri də Abxaziyada yerləşdiriləcək. Həm də Suriyadan, Livandan və Ermənistan Respublikasından yoxsulluq içində boğulan, Qara dəniz yaxınlığında məskunlaşmaq istəyən ermənilər. Abxazlar “oyananda” çox gec olacaq. Abxaziyada onlardan yalnız 60 min nəfər qalıb. Ermənilər isə orada azı 250 min nəfərdir və onların sayı durmadan artmaqdadır, üstəlik Abxaz gənclərinin çoxu işsizdir, kriminallaşmış  və əxlaqi deqradasiyaya uğramışdılar.

Gəlmələrə qarşı çıxa bilmirlər. Ən aktiv olanlar əldəqayırma hakimiyyət və xüsusi qüvvələrin köməyi ilə “cinayətlə mübarizə bəhanəsi” ilə məhv edilə bilər.  Buna görə Abxaziyanın  rus işğalından azad edilməsi il öncə abxaz etnosunu xilas etmək məsələsidir.

Bu bölgə tezliklə ermənilərdən başqa heç kimin gələ bilməyəcəyi monoetnik erməni məkanı olacaq. Soçi də buna doğru irəliləyir. Çox gec olmadan Abxaziyanı erməni cəngindən qurtarmaq və beynəlmiləlləşdirmək üçün tədbirlər görmək lazımdır.

Tərcümə etdi: Ülviyyə Şükürova