Abşerondan şikayət: İcra başçısı “Qəsr” MTK-nın əməllərinə niyə göz yumur? – VİDEO

156

Abşeron rayonunda “Qəsr” MTK yaşayış binasını fərdi evlərə çox yaxın yerdə inşa edir. Ətrafda yaşayan sakinlər isə tikinti zamanı heç bir təhlükəsizlik qaydalarına əməl edilmədiyini deyirlər.

 

Yaşayış binası az qala həyət evlərinə bitişik formada inşa etdirilir. Sakinlər isə təhlükəsizliyə görə narahatdır.

 

Abşeron rayonunun Masazır qəsəbəsində “Qəsr”MTK-a məxsus olan yaşayış binası 2800 kv. m ərazidə inşa olunur. Dörd bir tərəfində isə həyət evləri mövcuddur. Tikilən çoxmərtəbəlibina içərisində ailələr yaşayan həyət evlərinə demək olar ki, bitişdirilib.

 

Sakinlər deyir ki, MTK burda işə başlayanda dərhal aidiyyatı qurumlara məlumat verilib. Hətta rayon rəhbərliyi məsələyə tez reaksiya verərək binanın sakinlərin şikayətinə uyğun formada həll olunmasına dair tapşırıqlarda verib. Ancaq buna əməl olunmur.

 

Məsələ ilə bağlı tikiti şirkətinin ofisində olduq. Arif adlı şəxs binanın qanunlara əməl olunaraq tikildiyini bildirdi. Sakinlər hüquqlarının pozulduğunu iddia edərək, məhkəmənin onların lehinə qərar çıxaracağına ümid edirlər. \\Pravda