Abşeronda məktəblinin intiharı ilə bağlı cinayət işi başlanıldı

    12

    Abşeronda məktəblinin intihar hadisəsi ilə bağlı yeni xəbər var.

    Hurriyyet.org-un xəbərinə görə, hadisə fevralın 25-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, Şəki rayonunda anadan olmuş, M.Hüseynzadə küçəsi, ev 3, mənzil 26-da yaşayan 2004-cü il təvəllüdlü Ülvi Cəfərli 6 nömrəli binanın 12-ci mərtəbəsində yerləşən binanın eyvanından özünü ataraq intihar edib.

    Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır./report/