Abşeronda itkin düşən 18 yaşlı qız tapıldı – FOTO

    3

    Bu ayın əvvəlində itkin düşən gənc qız tapılıb.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, iyul ayının 2-si itkin düşən 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı bir neçə gün sonra tapılıb.

    Xatırladaq ki, Ə.Babayeva iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxmiş və bir daha geri qayıtmamışdı.

    Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da, onu görən olmayıb. Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısı olub.

    Abşeronda itkin düşən 18 yaşlı qız tapıldı - FOTO