ABŞ xarici işlər nazirinin keçmiş müavini: “Türkiyə artıq Liviyada söz sahibidir”

30

Hurriyyet.org xəbər verir ki, ABŞ xarici işlərinin keçmiş müavini, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyü Brayza deyib: “Türkiyə artıq Liviyada söz sahibi, hakim qüvvədir. Məncə, Türkiyə gördüyü işlərə görə tərif edilməyə layiq ölkədir. Çünki Türkiyə Liviyada BMT tərəfindən tanınmış  hökuməti dəstəkləyən ilk ölkə oldu. Həftər Liviyanı ələ keçirməyə və bölməyə çalışır. Ən azı şərqi Liviyanı qərbi Liviyadan qoparmaq istəyir. Türkiyə öz dronları ilə Liviyada vətəndaş müharibəsinin son mərhələsini dayandırmağa və Həftəri atəşkəs istəməyə məcbur elədi. Həftər son günlərdə yenidən hücum eləməyə başladı, lakin Türkiyənin uğuru ilə əlaqədar Rusiya muzdluları oradan ayrıldılar, yaxud da yenidən yerləşdirildilər. Bundan sonra nə olacağı, müharibənin davam edib-etməyəcəyi, ya da tərəflərin razılaşıb-razılaşmayacağı əslində Türkiyə ilə Rusiyadan asılıdır. Bu problemin bir müddət davam edəcəyindən qorxuram. Türkiyə Liviyanın parçalanmasını istəmir. Liviya dövləti parçalanmasa, Türkiyənin Liviya ilə imzaladığı müqavilə qüvvədə qalacaq”.

Hurriyyet.org