ABŞ Venesuela ilə əməkdaşlığa görə Çin şirkətinə sanksiya tətbiq edib

204

ABŞ “İnternetdə müxalif fikirlərin ləngidilməsi”ndə Venesuelaya kömək etdiyi üçün Çinin elektron və maşınqayırma şirkətinə qarşı sanksiya tətbiq edib.

APA “TASS”-a istinadən xəbər verir ki, ABŞ Çin Milli Elektron İdxal və İxracat Korporasiyası (CEIEC) ilə müqavilələri məhdudlaşdıracağını və səhmlərinin yarısının CEIEC-in mülkiyyətində olan istənilən bir şirkətin aktivlərini donduracağını açıqlayıb.

Maliyyə Nazirliyi bildirir ki, Çin Milli Elektron İdxal və İxracat Korporasiyası (CEIEC) müstəqil KİV-in fəaliyyəinə əngəl törədən və müxalifət lideri Xuan Quaydonun canlı yayımlarını bloklayan dövlət telekommunikasiya şirkətinə mütəxəssis xidmətləri göstərdiyini əlavə edib.