ABŞ və Rusiya terrorçularla müzakirə aparır

72

ABŞ, Rusiya və Misir Suriya Demokratik Qüvvələrini (SDQ) Cenevrədəki iclasda masaya oturtmaq istəyir.

Axar.az xəbər verir ki, bunu Suriya Müxalif və İnqilabi Qüvvələr Regional Koalisiyasının (SMDK) Türkiyə təmsilçisi Nəzir Həkim deyib. “Misir, Rusiya və Əsəd rejiminin PKK-nın qolu sayılan SDQ arasında anlaşma olduğunu hiss edirik. Moskva ilə SDQ arasında yaxın əlaqələrin olduğu aydındır.

Misir, Rusiya və Əsəd rejimi bacardıqları qədər SDQ-dən istifadə edir. Bunu yaxşı bilməlidirlər ki, terror təşkilatları Türkiyənin qırmızı xəttidir.

Terrorçuların o masada oturmasına heç vaxt icazə verməyəcəyik.

Cenevrə masasında yer alan qruplarda kimlərin olduğunu incə detalına kimi araşdırırıq”, – N.Həkim bildirib.