ABŞ və Avropa Minskdə etirazçıların müdafiəsinə qalxdı – Birgə addım

120

ABŞ, Avropa Birliyi, Böyük Britaniya və İsveçrənin Minskdə yerləşən diplomatik nümayəndəlikləri birgə bəyanatla çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, diplomatlar Belarus hökumətindən etirazçıların qorxudulmasına, onlara zor tətbiq edilməsinə, siyasi motivli istintaq aparılmasına son qoymağı tələb ediblər.

Bəyanatda həbs olunan bütün etirazçıların təcili azad olunması istənilir.

Bəyanat müəllifləri təməl insan hüquq və azadlıqlarını tələb edən Belarus vətəndaşları ilə həmrəylik nümayiş etdirdiklərini bildirirlər.