ABŞ Ukraynaya Mark VI hərbi gəmiləri verəcək

273

Ukrayna Müdafiə Nazirliyi təsdiq edib ki, ABŞ Ukraynaya Mark VI tip döyüş patrul gəmiləri verəcək. Gəmilərdən Qara və Azov dənizlərinin sahilyanı ərazilərini qorumaq üçün istifadə ediləcəyi qeyd olunur. İki gəmi Ukraynaya 2022-ci ilin sonuna gələcək. Bu barədə “Army İform”a istinadən xəbər verilir.

Qeyd olunur ki, ştatlardakı “Boats International LLC” şirkəti, ABŞ HDQ komandanlığından Kiyev üçün ən qısa müddətdə gəmilərin inşası üçün əmri alıb. Gəmilərin İlk partiyası 2022-ci ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək və ümumilikdə Kiyev ABŞ ilə əməkdaşlıq çərçivəsində 16 belə qayıq alacaq.

Bundan əvvəl də Qara və Azov dənizlərinin sahillərini qorumaq üçün döyüş gəmilərindən istifadə ediləcəyi qeyd edilmişdi. Mark VI gəmiləri – sahilyanı ərazilərin mühafizəsi, limanlarda keşik çəkmək üçün istifadə olunan sürət gəmisidir. Onların maksimum sürət 63 km / saata qədərdir. Ukrayna üçün hazırlanan qayıqlar müasir avadanlıq və “MSI Seahawk A2” və “MK 44” silah sistemləri ilə təchiz edilmişdir.

Tərcümə etdi: Ülviyyə Şükürova