ABŞ Türkiyə-Suriya sərhədində Əsəd rejimini vurdu – Ölü və yaralılar var

30

Suriya dövlət telekanalının yaydığı məlumata görə, ABŞ-a məxsus helikopter Qamışlı şəhəri yaxınlığında Suriya ordusuna məxsus hərbi postu vurub.

Avropa.info xəbər verir ki, zərbə nəticəsində Suriya ordusunun bir hərbçisi ölüb, ikisi yaralanıb. “Əl İbariyə” telekanalının məlumatına görə, hücum Qamışlının cənub-şərqində yerləşən Tel əl Zahab yaşayış məntəqəsində baş verib.

Hücum Suriya hərbçilərinin ABŞ-ın patrul xidmətinin keçidinə icazə verməməsindən sonra həyata keçirilib.